Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İşğal olunmuş ərazilərdə Heydər Əliyevin büstünün təqdimatı

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin büstü işğal olunmuş Fələstin ərazilərində qoyulub. Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bu büst Afula şəhərində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində qoyulub. Bu mərasimdə Afula şəhərinin meri İtsika Miron son 20 ildə İsraillə Azərbaycan arasında münasibətlərin genişləndiyini bildirib.
Mərkəzin direktoru Yeganə Salman isə Heydər Əliyevin Azərbaycanın inkişafındakı rolundan danışıb.
Qeyd edək ki, Az-İz mərkəzi diaspora cəmiyyətlərindən faydalanmaq sahəsində yəhudilərin "təcrübələrinin" Azərbaycan Respulbikasına nəqli çərçivəsində sionist rejimin Azərbaycana nüfuzunun genişlənməsi məqsədilə yaradılan təşkilatlardandır.
Son vaxtlar Hollandiya Yəhudilər Tarixi Muzeyinin sədri və Benilüks ölkələri üzrə yəhudi lobbisinin sədri APA İnformasiya Agentliyi ilə müsahibədə bildirmişdi ki, Avropadakı Azərbaycan diasporunun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-11 18:12:09 | Kateqoriya: Azərbaycan | İzlənilib: 166 | Bəyənib: 0