Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

A.Nağı: Qərblilərin Qafqazda güclü islam ölkəsi görmək gözləri yoxdur

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: Qərblilər və onların başında Amerika Qafqaz regionunda güclü islam ölkəsini görmək gözlərinin olmadığını göstəriblər. Bakıda Səhər Beynəlxalq Televiziyası müxbirinə müsahibə verən Akif Nağı qərblilərin Azərbaycan Respublikasına qarşı tənqidlərinə toxunaraq deyib: Qərblilər Azərbaycanın insan haqları sahəsində beynəlxalq standartlara riayət etməyə çalışmasına baxmayaraq, bu ölkəyə qarşı problem yaradırlar.
Akif Nağı əlavə edib: Qərblilər, xüsusilə də Amerika islam ölkələrinin inkişafına qarşı olduqlarını və müsəlman ölkələrini zəiflətmək üçün bütün səylərindən istifadə etdiklərini göstəriblər.
QAT sədri deyib: Onlar müstəqil ölkələrə qarşı insan haqlarının pozulması kimi müxtəlif adlar altında əlavə təzyiqlər tətbiq etməklə özlərindən asılı qüvvələri yerləşdirmək niyyətindədirlər. Belə ki, öz mənafelərinə nail ola bilsinlər.
Azərbaycanda Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə münasibət bildirən Akif Nağı onu ölkəsi üçün münasib fürsət adlandırıb və deyib: Bu oyunların keçirilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıtdırılması üçün yaxşı fürsətdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-11 13:02:24 | Kateqoriya: Azərbaycan | İzlənilib: 114 | Bəyənib: 0