Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qərblilər Azərbaycan əleyhinə təzyiq tətbiq etməklə bu ölkədən əlavə imtiyaz almaq istəyirlər

Aəzrbaycan Respublikasının Vətəndaş və İnkişaf partiyasının sədri deyib: Bakıda Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində Amerika və Avropa Birliyi insan haqlarının pozulması adı altında Azərbayacan əlavə təzyiq tətbiq etməklə bu ölkədən müxtəlif sahələrdə əlavə imtiyazlar almaq niyyətindədirlər. Əli Əliyev Səhər Beynəlxalq Televiziyasına verdiyi açıqlamada ölkəsində insan haqları sahəsinbə bəzi problemlərin olmasına toxunaraq deyib: Təəssüflər olsun ki, qərblilər bu problemləri şişirdərək Azərbaycan hökumətindən əlavə imtiyaz almaq niyyətindədirlər.
Azərbaycan Vətəndaş və İnkişaf partiyasının sədri əlavə edib: Hökumət lazımi islahat aparmaq və vaxtında addımlar atmaqla qərblilərə bəhanə verməməlidir ki, onlar mövcud zəifliklərdən öz mənafeyi istiqamətində sui-istifadə etsinlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-09 12:30:57 | Kateqoriya: Azərbaycan | İzlənilib: 146 | Bəyənib: 0