Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan Respublikası Minsk Qrupunu tənqid edib - Təhlil

Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov mayın altısında Minsk Qrupunun amerikan, fransız və rus həmsədrlərini Qarabağ münaqişəsinə son qoyulmasına laqeyd yanaşmalarına görə, tənqid edib. Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası baş nazirinin müavini və bu ökənin Didərginlər və Məcburi Köçgünlər Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda keçirilən bir mərasimdə ölkəsinin əsas problemini Qarabağ münaqişəsi adlandırıb və belə deyib: Bu problemin həll olunmayacağı və azəri didərginlərin öz evlərinə geri dönməyəcəkləri zamanadək Rəsmi Bakı Minsk Qrupunun həmsədrlərini tənqid edəcək. Bununla bağlı, Azərbaycan Respublikasının Lent.az saytı da bu Bakı rəsmisinə istinadla Minsk Qrupu həmsədrlərnin İran, Azərbaycan Respublikası və Türkiyəyə şamil olan regionun üç müsəlman ölkəlsi arasında yaxın əlaqələrin qurulması əleyhinə səylərini tənqid edərək, deyib: Amerika, Fransa və Rusiya öz imkanlarını bu üç ölkə arasında yaxın əlaqələrin qurulmasına qarşı səfərbər ediblər.
Bakı rəsmiləri bu problemin davam etməsində Rusiyanın rolunu aparıcı hesab edirlər. Hər halda, demək lazımdır ki, bu münaqişə öncə Ermənistanın Azərbaycan əleyhinə ərazi iddiası ilə başlandı və iki ölkənin istiqlaliyyətindən sonra birbaşa hərbi qarşıdurma səmtinə yön aldı.
1991-1994-cü illər arasında Ermənistan Azərbaycan Respublikası ərazisinin 20%-ni işğal edə bildi. İki ölkənin ixtilaflarına son qoymaq məqsədilə ATƏT-in vasitəçi Minsk Qrupu 1992-ci ildə Amerika, Fransa və Rusiyanın müştərək sədrliyi ilə təsis edildi. Bu qrup öncə tərəflərə bir neçə sülh layihəsi təqdim etdi ki, bu layihələrin hamısı bir və ya hər iki ölkə tərəfindən rədd olundu. 1999-cu ildən də Qarabağ sülh danışıqları ikitərəfli formada və Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam etdi və nəticəsiz qurtardı.
Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinə son qoymaqda aciz qalmalarına rəğmən, ötən iyirmi ildən çox bir müddətdə bu vasitəçi qrupun həmsədrləri Qarabağ münaqişəsini inhisar formasında öz ixtiyarlarında saxlamağa çalışdılar. Əslində demək lazımdır ki, Amerika, Rusiya və Fransa Qarabağ münaqişəsinə son qoymaq üçün yeni ölkələrin Minsk Qrupuna qatılmaları ilə müxalifət edirlər. Belə görünür ki, Minsk Qrupu həmsədrlərnin qəti baxışı, iki tərəf arasında mövcud vəziyyətin davam etməsi, yəni "nə müharibə, nə sülh" vəziyyətinin qalmasıdır. Elə buna görədir ki, Azərbaycan dövlətinin rəsmiləri ardıcıl surətdə Minsk Qrupunun həmsədrlərini tənqid edirlər. Eyni zamanda Bakı rəsmiləri deyirlər ki, Minsk Qrupu həmsədrlərnin ədalətsiz mövqe tutmalarına görə, Qarabağ münaqişəsinin davam etməsi qaçılmazdır. Bu istiqamətdə Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov mayın altısında Bakıda dedi ki, Qarabağ münaqişəsində vasitəçiliklə məşğul olan Amerika, Rusiya və Fransa bu vasitəçilikdən keçən iyirmi ildən çox bir müddətdə bu münaqişənin həlli üçün heç bir müsbət və səmərəli addım atmayıblar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 16:55:17 | Kateqoriya: Azərbaycan | İzlənilib: 93 | Bəyənib: 0