Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

T. Kərimli Qarabağ seçkiləri ilə bağlı İranın mövqeyini alqışlayıb

Azərbaycan Respublikası Vəhdət Partiyasının sədri işğal olunmuş Qarabağ ərazisində parlament seçkilərinin keçirilməsi ilə bağlı İranın mövqeyinə görə təşəkkür edib və Minsk Qrupunun movqeyini faydasız adlandırıb və deyib ki, bu qrupun və beynəlxalq orqanların zəif mövqeyi ötən bir neçə ildə bu münaqişənin davam etməsi amili olub. Bakıda Səhər kanalının müxbiri ilə danışan Tahir Kərimli Minsk Qrupunun işğal olunmuş Qarabağ ərazisinin azad edilməsi üzrə rəftarını tərəfbazcasına və işğalçı ölkə olan Ermənistanın maraqları istiqamətində adlandırıb və belə deyib: Əgər Azərbaycan Ermənistanın ərazisini işğal etmiş olsaydı, onlar qətnamələrin icrası və ərazilərin azad edilməsində bir an belə ehmal etməzdilər.
Azərbaycan Respublikası Vəhdət Partiyasının sədri dünyada qərarçıxarma orqanlarında erməni lobbisinin nüfuzuna da işarə edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 16:54:08 | Kateqoriya: Azərbaycan | İzlənilib: 134 | Bəyənib: 0