Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 66 dəfə pozub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozub. Beynəlxalq Səhər Kanalının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Həmçinin, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 12:13:18 | Kateqoriya: Azərbaycan | İzlənilib: 121 | Bəyənib: 0