Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bahar Muradova: Avropaya inteqrasiya arzusunda olanlar xəyal qırıqlığına uğrayıblar

"Bu gün dünyada islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir. Eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir." Beynəlxalq Səhər Kanalının APA-ya istinadlı məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova Amerika və Qərbin İslam və müstəqil dövlətlərə qarşı qərəzli siyasətlərini tənqid edərək, deyib: “Əgər əvvəllər Avropaya inteqrasiya arzulanırdısa, bu gün fərqli tendensiyalar səbəbindən bu arzu ilə bağlı xəyal qırıqlığına uğrayanlar çoxdur. Bu gün dünyada islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda çıxış edən millət vəkili Bahar Muradova dünyada müstəqil dövlətlərə qarşı təhdidlərin hələ də mövcud olduğunu vurğulayaraq, belə bir şəraitdə yolun düzgün seçilməsinə təkid edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 12:12:40 | Kateqoriya: Azərbaycan | İzlənilib: 175 | Bəyənib: 0