Bazar Günü 27 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının sədri Qarabağda parlament seçkilərinin keçirilməsini təhqir adlandırıb

Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının sədri işğal olunmuş Qarabağ ərazilərində parlament seçkilərinin keçirilməsini ölkəsi üçün təhqir adlandırıb Əli Əliyev Səhər kanalının Bakı müxbiri ilə müsahibədə ermənilərin bu hərəkətini pisləyərək, deyib: Ermənilər özlərinin bu hərəkətləri ilə göstərdilər ki, regionda ikinci erməni ölkəsini yaratmaq niyyətindədirlər.
Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının sədri Minsk Qrupunun işğal olunmuş Qarabağ ərazilərilərinin azad edilməsində tərəfbazlıq və ehmal etməsini tənqid edərək, deyib: Öz ərazisini təcavüzkar düşmənin əlindən azad etmək Azərbaycan Respublikası xalqının haqqıdır. O, qərblilərin Ermənistanı dəstəkləmələri və ermənilərin bu hərəkəti qarşısında susmalarını tənqid edib və deyib ki, işğal olunmuş Qarabağ ərazilərilərinin azad edilməsinin yeganə yolu, Azərbaycan Respublikasının hərbi qüvvələrinin qüdrəti və hərbi vasitəyə söykənməkdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-05 18:31:25 | Kateqoriya: Azərbaycan | İzlənilib: 106 | Bəyənib: 0