Bazar Günü 27 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran və Azərbaycan respublikası arasında möhkəm mədəni bağlar mövcuddur

İranın Milli Sənəd və Kitabxanalar təşkilatının sədri deyib: İran və Azərbaycan respublikası arasında möhkəm mədəni bağlar var və kimsə onları qıra bilməz. Səhər Beynəlxalq Televiziya kanalının İRNA-ya istinadən verdiyi məlumata görə, Seyid Rza Salihi Əmiri bu gün Azərbaycan respublikası prezidentinin müşaviri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tehranda İranın milli sənəd və kitabxanalar təşkilatına baxışı zamanı deyib: İran Azərbaycan respublikasına zəngin sivilizasiyaya malik bir ölkə kimi baxır. Bu görüşdə DQİDK-nin sədri də deyib: İran və Azərbaycan arasında əlaqələrin təməli Azərbaycan respublikasının mərhum prezidenti Heydər Əliyevin dövründə qoyulub və iki ölkə arasında əldə olunan razılaşmalar münasibətlərin genişlənməsində önəmli rol oynamışdır. Mübariz Qurbanlı İranın köməkliyi ilə onun rəhbərlik etdiyi qurumun dini əsərlərin nəşrində təsirli addımlar atacağına ümidvar olduğunu bildirib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-04 19:25:55 | Kateqoriya: Azərbaycan | İzlənilib: 74 | Bəyənib: 0