Şənbə 20 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fəcr film festivalının beynəlxalq bölməsində mükafat qazanan əsərlər

İranda 33-cü "Fəcr" film festivalının beynəlxalq bölməsinin rejissorluq üzrə ən yüksək mükafatı olan "Büllür Simruq" Azərbaycan Respublikasından "Nabat" filminin rejissoru Elçin Musaoğluna təqdim olunub. İranlı məşhur aktrisa Fatimə Mötəmid Ariyanın da rol aldığı Nabat filminin rejissoru Elçin Musaoğlu "Fəcr" film festivalının jüriləri tərəfindən mükafatını aldıqdan sonra, onun əsərinə belə qiymət verildiyinə görə öz təşəkkürünü bildirərək deyib: Bu filmdə İranın ən tanınmış aktrisası rol alıb və mənim üçün belə bir dəyərli sənətkar və şərəfli insanla işləmək böyük fəxarət oldu. Elçin Musaoğlu deyib: Bu filmin hazırlanmasında İranlı sənətkarlardan faydalandım.
33-cü beynəlxalq "Fəcr" film festivalının şərq cilvəgahı bölməsinin ən yaxşı film mükafatı isə Çindən olan "Cümə nuru" filminə təqdim olunub. Ən yaxşı aktyor mükafatına isə "Müəllim" filmində baş rolu canlandıran Mərat Urikov layiq görünüb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-04 19:20:50 | Kateqoriya: Azərbaycan | İzlənilib: 134 | Bəyənib: 0