Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Cenində bir fələstinli gənc şəhid olub

Qərb Sahilində yerləşən Cenin şəhərində sionist hərbçilərin atəşləri nəticəsində bir fələstinli gənc şəhid olub. Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, fələstinli mənbələr bildiriblər ki, Cenində ayırıcı divar yaxınlığında sionist hərbçilərlə döyüş zamanı yaralandıqdan sonra Nablusdakı Rəfidiya xəstəxanasına yerləşdirilmiş 18 yaşlı Məhəmməd Murad Məhəmməd Mustafa Yəhya bu gün səhər tezdən həyatını itirib.
Cenindəki fələstinli mənbələr bildiriblər ki, sionist hərbçilər bu kəndə hücum zamanı İmən Yəqub Salih Yəhyanı və onun qardaşı Əhmədi də həbs ediblər.
Sionist hərbçilər şənbə günü də iki fələstinli gənci müvafiq olaraq, Əlxəlil şəhərində, Həzrət İbrahim(ə) hərəmi yaxınlığında və Qüdsdə yoxlama-buraxılış mərkəzində şəhid etmişdilər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-28 11:08:00 | Kateqoriya: Fələstin | İzlənilib: 164 | Bəyənib: 0