Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qəzzə əhalisinin aksiyasında müqavimətin davamı vurğulanıb

Qəzzə zolağı sakinləri sionist rejim qarşısında müqavimətin davam etdirilməsini vurğulayıblar. Fələstinin Vəfa xəbər agentliyinin məlumatına görə, dünən Fələstin Azadlıq Cəbhəsinin yaradılmasının ildönümü günü münasibətilə keçirilən aksiyada iştirak edənlər əllərində fələstinli əsir və şəhidlərin şəkillərini daşıyıblar. Onlar bir daha Fələstin xalqının amalının reallaşmasınadək müqavimətin davam etməsini vurğulayıblar.
Fələstin Azadlıq Cəbhəsinin Siyasi Bürosunun üzvü Ədnan Qərib bu aksiyadakı çıxışında fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri, taleyin təyini və Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkilini Fələstin xalqının haqqı adlandırıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-28 09:12:57 | Kateqoriya: Fələstin | İzlənilib: 108 | Bəyənib: 0