Çərşənbə 23 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qüdsün şərqində 70-dən çox fələstinli yaralanıb

İşğal olunmuş Qüds şəhərinin şərq hissəsində sionist hərbçilərin fələstinlilərlə şiddətli toqquşmasında azı 74 fələstinli yaralanıb. Səhər kanalının Əlminar telekanalına istinadlı məlumatına görə, fələstinlilər on yeddi yaşlı fələstinli gənci şəhid etmiş sionist işğalçıların hərəkətlərinə etiraz olaraq, onlarla toqquşublar. Bu toqquşmada azı 74 fələstinli yaralanıb.
Əlminar telekanalının müxbiri Nəmə Nəim bir reportajda bir fələstinli qadının ağlama təsvirlərinə toxunaraq, deyib ki, işğalçı sionist hərbçilər həmin qadının oğlu Əbu Qənamı döş nahiyəsindən hədəfə alaraq, onu şəhid ediblər. Ailə üzvləri aldığı 10 mərmi yarasından yerindəcə şəhid olan Əbu Qənamın səyyar satıcı olduğunu deyiblər. Sionist qüvvələr Tur kəndində, bu fələstinli şəhidin matəm mərasiminin keçirildiyi məkanın ətrafına da hücum edib, insanlara qarşı gözyaşardıcı qazlar və döyüş güllələrindən istifadə ediblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-26 11:18:22 | Kateqoriya: Fələstin | İzlənilib: 86 | Bəyənib: 0