Şənbə 18 Avqust 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Müqavimət "İsrail" casuslarının xidməti portalını həkk etdi

Fələstin İslami Müqavimət Hərəkatı Həmasın təhlükəsizlik bazası sionist rejim casuslarının xidmətə götürülməsi saytını həkk edib. Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Həmasın hərbi qolu olan şəhid İzəddin Qəssam batalyonlarına bağlı Məcd təhlükəsizlik bazası cümə axşamı günü bildirib: Müqavimət mütəxəssisləri casusluq üçün fələstinli gəncləri cəzb etmək ardınca olan sionist rejimə bağlı bir saytı həkk ediblər.
Məcd bazası əlavə edib: İsrail rejimi Qəzzə zolağının ağır iqtisadi vəziyyətindən faydalanaraq fələstinli gəncləri pul qarşılığında cəzb etməyə çalışır. Bu gənclər sayıq olmalıdırlar ki, İsrailin casusluq saytlarının təbliğatına aldanmasınlar.
Məcd bazası həmçinin əlavə edib: İsrail rejiminin casusluq saytında qeydiyyata düşən şəxslərin adları əldə olunub və müqavimət sionist düşmənin fələstinli gənclərdən sui-istifadə etmək üzrə məkrli planlarını diqqətlə nəzarətdə saxlayır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-23 13:18:26 | Kateqoriya: Fələstin | İzlənilib: 94 | Bəyənib: 0