Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qəzzə zolağı sərhədində İsrail hərbi bazası yaxınlığında partlayış

Fələstin mənbələri ötən gecə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhəri ilə sərhəd məntəqədə yerləşən İsrail hərbi bazası yaxınlığında partlayışın baş verməsindən xəbər veriblər. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Anadolu informasiya agentliyi bildirir ki, ötən gecə İsrail hərbi bazası yaxınlığında şübhəli bir partlayış baş verib. Bu partlayış nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, partlayış Xan Yunus şəhərinin şərqində yerləşən Əbəsan qəsəbəsi ilə işğal altında olan ərazilərin cənub hissəsi arasında baş verib.
Bu məlumata görə, İsrail hərbi maşınları dərhal hadisə yerinə gəlib və hərbi bazanın ətrafını sürətlə təmizləməyə başlayıblar. Hələ ki, partlayışın səbəbləri açıqlanmır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-22 10:47:01 | Kateqoriya: Fələstin | İzlənilib: 130 | Bəyənib: 0