Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sionist hərbçilər Qüdsdə fələstinlilərlə toqquşublar

Fələstin mənbələri işğalçı sionist hərbçilərin Qüdsdə bir qrup fələstinli ilə toqquşmalarından xəbər veriblər. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Fələstin mənbələri bildiriblər ki, sionist rejim hərbçilərinin Qüdsdə əl-Tur məntəqəsinə soxulmalarının ardınca sionist hərbçilərlə fələstinlilər arasında toqquşma baş verib.
Bu məlumata görə, sionist işğalçılar gözyaşardıcı qazlar və səs bombalarından istifadə edərək, fələstinliləri dağılışmağa məcbur etməyə çalışıblar.
Fələstin mənbələri həmçinin bildiriblər ki, əl-Mədaris küçəsində toqquşmalar daha ağır olub. Bu toqquşma nəticəsində xəsarət alanalar barədə məlumat yayılmayıb.
Həmçinin yerli mənbələr Qəzzə zolağından məlumat verirlər ki, çərşənbə axşamı Qəzzə zolağında sionist hərbçilərin bir mərkəzi yaxınlığında bir partlayış baş verib. Partlayışın ardınca hadisə yerinə çoxlu sayda sionist hərbçi göndərilib.
Şahid ifadəsinə görə, partlayış sionist hərbçilərin Qəzzə zolağı ilə işğal olunmuş ərazilər arasında ayırıcı divarın çəkilməsi ilə məşğul olduqları zaman baş verib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-22 08:27:43 | Kateqoriya: Fələstin | İzlənilib: 85 | Bəyənib: 0