Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qüdsdə sionist qəsəbələrin salınması misli görünməmiş tərzdə artır

Fələstinli Əsirlər Klubunun sədri ötən dörd ildə Qüdsün yəhudiləşdirilməsi və sionist qəsəbələrin salınmasının misli görünməmiş tərzdə artmasından xəbər verib. Səhər kanalının Əlquds telekanalına istinadlı məlumatına görə, Fələstinli Əsirlər Klubunun sədri Qəddurə Faris dünən deyib ki, işğal olunmuş Qüdsdə yeni qəsəbələrin salınması sionist rejimin fələstinlilərə qarşı ən yeni cinayətləridir.
Faris sonra deyib: İsrail ötən dörd ildə Qüdsdə sionist qəsəbələrsalma və təhrikedici hərəkətləri misli görünməmiş tərzdə artırıb və bütn Fələstin ərazilərinin işğalına başlayıbdır.
Fələstinli Əsirlər Klubunun sədri əlavə edib: İsrail başçıları Qüdsdə yaşayan fələstinliləri sıxışdırmağa çalışırlar ki, onları icbari köçə və təslim olmağa məcbur etmiş olsunlar.
Faris vurğulayıb: Bu gün bu müqəddəs şəhərin qorunmasına çalışmaq və ona ümid və həyat ruhu vermək lazımdır ki, Qüdsün sakinləri özlərini yalqız hiss etməsinlər.
Fələstinli Əsirlər Klubunun sədri fələstinli əsirlərin vəziyyətinə də toxunub: Sionist rejimin məhbəslərində olan əsirlər çətin vəziyyətdədirlər və bir çox zülmə dözürlər.
Fələstinli mənbələrin bildirdiklərinə görə, 205 uşaq daxil olmaqla 6500 fələstinli əsir sionist rejimin əsirliyindədir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-19 10:48:07 | Kateqoriya: Fələstin | İzlənilib: 124 | Bəyənib: 0