Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fələstinli əsrilərin qələbə anı yaxınlaşıb

Fələtin İslami Müqavimət Hərəkatının hərbi qanadının sözçüsü deyib: İşğalçı Sionist rejimin məhbəslərindəki fələstinli əsirlərin qələbə anı yaxşılaşıb. Türkiyə Anadolu Xəbər Agentliyinin verdiyi məlumata əsasən Həmas Hərəkatının hərbi qanadı İzzəddin batalyonlarının sözçüsü Əbu Əbidə cümə günü Fələstin əsirləri günü münasibəti ilə etdiyi çıxışında deyib: Qəssam batalyonları özlərinin dini öhdəlikləri və etiqadları çərçivəsində heç bir səyi əsirgəməyib və bunu Fələstin xalqı və bu ölkə əsirləri yaxşı dərk ediblər. Onlara sübut edilib ki, Fələstin müqavimət qüvvələri heç bir vəziyyətdə əsirlərlə bağlı üzərlərinə götürdükləri öhdəliklərə arxa çevirməyəcək.
Fələstinli əsirləri inandırıram ki, qələbə anı yaxınlaşıbdır və əsirləri məğlubiyyətlə üzləşdirməyə çalışan kəslər Allahın köməyi və müqavimət qüvvələrinin möhkəm əzmkarlığı ilə məğlubiyyətə uğrayacaqlar.
Qəssam batalyonları, 25 iyun 2006-cı il tarixində Gilad Şalit adlı Sionist bir zabiti əsir götürdü və 2011-ci ilin oktyabr ayının 11-də Sionist rejim bu zabitin azad edilməsi müqabilində bir müqavilə imzaladı ki, bu da 1027 fələstinli əsirin azad edilməsinə gətirib çıxartdı.
Fələstin Azadlıq Təşkilatının nəzdiində fəaliyyət göstərən fələstinli əsirlər və azadələrin işləri üzrə idarənin bildirdiyinə görə hazırda sionist rejim məhbəslərində 6500 fələstinli əsir var.
Əsirlərin arasında 21 qadın, 205 uşaq, 13 millət vəkili və 2 sabiq deputat habelə, günahları sübuta yetirilməmiş 480 fələstinli nəzərə çarpır.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-18 12:19:40 | Kateqoriya: Fələstin | İzlənilib: 160 | Bəyənib: 0