Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Almaniya İsrailin hərbi nüvə proqramına məxfi kömək edirmiş

Məxfi bir sənədə görə, Qərbi Almaniya ötən əsrin 60-cı illərində məxfi şəkildə İsrailə atom silahlarının düzəldilməsində kömək edib, maliyyə dəstəyi göstərib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Almaniyada çıxan Day Valt qəzeti çərşənbə axşamı yazıb: Almaniyanın sabiq kansleri Konrad Adnaverin hakimiyyəti dövründə 100 milyonlarla dollar vəsait məxfi şəkildə İsrailin hərbi nüvə proqramına ayrılıb.
Bu məlumata görə, bu qeyri-rəsmi anlaşma İsrailinin sabiq prezidenti Şimon Peresin İsrailin nüvə silahlanması proqramına rəhbərlik etdiyi dövrə aiddir. Adnaver 14 may 1960-cı il tarixində Valforf Asturiya otelində İsrailin o zaman baş naziri olmuş Deyvid Ben Qurion ilə görüşüb. Bu görüşdə İsrailə Nəqəb Səhrasında Dimona nüvə təsisatlarının quraşdırılması üçün 10 illik kredit adı altında 500 milyon dollar vəsaitin ayrılması barədə razılıq əldə olunub. Amerika "informasiyaların azad edilməsi qanunu"nun istəyi əsasında son zamanlar İsrailin hərbi nüvə potensialı ilə bağlı 1987-ci ilə aid sənədləri ifşa edib. Bu sənədlər İsrailin nüvə araşdırmaları mərkəzlərinin ABŞ-ın nüvə araşdırmaları mərkəzlərinə bərabərlik etdiyini ortaya qoyur. Bu sənədlərdə bildirilir ki, Sorq və Dimona nüvə təsisatları Amerikanın Los-Alamus, Lorens Livermur və Ok Riç nüvə laboratoriyalarına bərabərlik edir.
Bu sənədlərdən həmçinin aydın olur ki, İsrail rejimi 200-400 nüvə başlığına malikdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-15 11:08:10 | Kateqoriya: Fələstin | İzlənilib: 173 | Bəyənib: 0