Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sionist hərbçilər fələstinlilərin həbsini davam etdirirlər

Sionist rejim ordusu hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək, bir neçə fələstinlini həbs ediblər. Səhər Beynəlxalq Televiziyasının Əlrisalə.net portalına istinadla verdiyi məlumata görə, sionist rejim ordusu hərbçiləri ötən gecə İordan çayının qərb sahilində yerləşən Ramullah, əl-Xəlil, əl-Ərub düşərgəsi və Qilqiliyyəyə hücum edərək, ən azı 17 fələstinlini, o cümlədən iki uşağı həbs ediblər.
Bu arada sionist hərbçilər bu gün Fələstin İslami Müqavimət Hərəkatı- Həmasa üzv 4 fələstinlini İordan çayının qərb sahilində həbs ediblər.
Başqa bir məlumata görə, İordan çayının qərb sahilində Ramullahın şimalındakı Səncəl şəhərciyində 27 yaşlı şəhid Məhəmməd Krakerin dəfn mərasimi keçirilib.
Sionist rejim hərbçiləri bu şəhidin cəsədini ötən çərşənbə günündən girov götürüb və ötən gün ailəsinə təhvil veriblər. Bu məsələ sionist rejim hərbçiləri ilə fələstinli gənclər arasında toqquşmaya səbəb olub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-14 15:37:52 | Kateqoriya: Fələstin | İzlənilib: 94 | Bəyənib: 0