Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

BMT Yərmuk düşərgəsindəki didərginlərin vəziyyətindən nigarandır

BMT-nin Fələstinli didərginlərlə iş üzrə agentliyinin sədri Yərmuk düşərgəsindəki fələstinli didərginilərin vəziyyətindən nigaran olduğunu bildirib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Piyer Krahenbul bu gün bazar ertəsi Yərmuk düşərgəsindəki fələstinli didərginlərin vəziyyətindən nigaranlıq edib və bütün silahlı qruplaşmaları Yərmukda fələstinli didərginlərin hüquqlarına hörmət etməyə çağırıb.
Krahenbul deyib: Yərmuk düşərgəsindəki sivil vətəndaşlar deyiləsi mümkün olmayan hörmətsizliklərə məruz qalıblar.
BMT rəsmisi həmçinin vurğulayıb ki, bu düşərgəni müvəqqəti olaraq tərk etmək istəyənlərə yardım etməyə çalışacaq.
Krahenbul Suriya rəsmiləri və Yərmuk düşərgəsindən qaçmağı bacaran fələstinli didərginlər ilə görüşüb, danışıqlar aparmaq üçün Suriyaya səfər edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-13 20:45:02 | Kateqoriya: Fələstin | İzlənilib: 121 | Bəyənib: 0