Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Vaşinqton ilə Təl-Əvivin İran üstündə şifahi qarşıdurması kəskinləşib

Lozanna çərçivəsi barədə ABŞ dövlət katibinin izahatını dinləmək üzrə konqresmenlərin iclasının vaxtının yaxınlaşması ilə bir vaxtda İsrail və Amerika başçılarının şifahi qarşıdurması kəskinləşib. Səhər kanalının məlumatına görə, sionist Ceruzalem Post qəzeti bir reportajda İranla nüvə müzakirələri üstündə Netanyahu ilə Obama arasındakı şiddətli qarşıdurmadan xəbər verib.
Qəzetin yazdığına görə, Netanyahu dünən xəbərdarlıq edib ki, Amerikanın İrana verilmiş imtiyazları dəstəkləməsi təhlükəlidir.
Bu sözlər elə bir halda deyilibdir ki, Amerika prezidenti Barak Obama bir çıxışda belə demişdi: İsrail Tehranın nüvə proqramı qarşısında diplomatik həll yoluna qarşı müxalifətli rəftarla dolu bir keçmişə malikdir.
Vaşinqton ilə Təl-Əviv arasındakı deyişmə çərşənbə axşamı günü Con Kerrinin konqresmenlərlə əsaslandırma iclasının vaxtı ilə bir vaxtda kəskinləşibdir.
Lozannada əldə olunmuş razılaşma çərçivəsinin elan edilməsindən sonra bu, Amerika dövlət başçıları tərəfindən konqres üzvlərinə izahatın verilməsi üzrə ilk iclasdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-13 10:34:18 | Kateqoriya: Fələstin | İzlənilib: 106 | Bəyənib: 0