Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fələstinlilər Yərmuk-dakı həmvətənlərini himayə aksiyası keçiriblər

Fələstinlilər İordan çayının qərb sahilindəki Beyt-Ləhm şəhərində aksiya keçirərək, Yərmuk-dakı həmvətənlərini himayə ediblər. Fələstinin Vəfa informasiya agentliyi sionist qəsəbələr və ayırıcı divarın inşası qarşısında müqavimət komitəsinin başçılarından olan Əhməd Səlaha istinadla xəbər verib ki, adi fələstinlilər və fələstinli fəallar dünən gecə İordan çayının qərb sahilindəki Beyt-Ləhm şəhərin cənubundakı Əlxizr məntəqəsinə toplaşaraq, Yərmuk sakini olan fələstinlilərin kədərinə şərik çıxıblar. Onlar İŞİD-in fələstinli didərginlərə hücumlarının dayandırılmasını vurğulayıblar. Aksiyaçılar ərəb ölkələri və beynəlxalq ictimaiyyətdən istəyiblər ki, Yərmuk-dakı qırğını dayandırmaq və bu düşərgənin mühasirəsini ləğv etmək üçün müdaxilə etsinlər.
İŞİD terrorçuları aprelin birindən fələstinli didərginlərin Yərmuk düşərgəsinə hücum edərək, onlarla fələstinlini öldürüb və ya yaralayıblar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-11 10:52:34 | Kateqoriya: Fələstin | İzlənilib: 104 | Bəyənib: 0