Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Üç fələstinli sionist hərbçilər tərəfindən həbs olunub

Sionist rejim hərbçiləri üç fələstinlini həbs ediblər. Ərəbistanın rəsmi informasiya agentliyi- VAS-ın məlumatına görə, sionist rejim hərbçiləri cümə günü İordan çayının qərb sahilindəki Ramullah şəhərinin şimal-qərbində yerləşən Nəbi Saleh kəndində üç fələstinlini, o cümlədən iki uşağı həbs ediblər.
Bu məlumata görə, sionist hərbçilər Nəbi Saleh kəndində ayırıcı divar və qəsəbəsalmaya qarşı dinc aksiyada iştirak edənlərin bir qrupunu təqib edərək, onların üç nəfərini, o cümlədən iki uşağı həbs ediblər.
Fələstinli mənbələr bildiriblər ki, Nəbi Saleh kəndinin girəcəyindəki Əlbric hərbi məntəqəsində yerləşmiş sionist rejim hərbçiləri bu fələstinliləri həbs etdikdən sonra onları məhbəsə köçürüblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-11 07:38:42 | Kateqoriya: Fələstin | İzlənilib: 135 | Bəyənib: 0