Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan MN 6 erməni həbçinin öldürüldüyünü deyir

SəhərTV,xəbərlər—Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, atəşkəsin pozulması nəticəsində 6 erməni həbçisi ölüb. Azərbaycan Silahlı Qüvvələri də bir itki verib.
Azərbaycan Müdafiə Nazirliyinin saytında yerləşdirilən açıqlamada deyilir: Cəbhənin Xocavənd istiqamətində erməni silahlı bölmələrinin yanvarın 31-də atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub.
Müdafiə Nazirliyinin bəyanatında deyilir: Ermənistanın Müdafiə Nazirliyinə istinadən erməni kütləvi informasiya vasitələrinin yanvarın 31-də  Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verdiyi məlumatlar yalandır”.
Yanvarın 29-da Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçan bir erməni aparatını  məhv etmişdir.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-01 09:35:58 | Kateqoriya: Qarabağ | İzlənilib: 276 | Bəyənib: 0