Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Kollektiv Təhlükəsizlik Azərbaycana xəbərdarlıq etdi: Hərbi yol mümkün deyil

SəhərTV,xəbərlər-- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib:  "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu barədə dəfələrlə çağrışlar edib."
“Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərirlər. O ki qaldı KTMT-yə, keçən il Rusiya təşkilata sədrlik edən ölkə olub. Ötən ilin avqust ayında Rusiya prezidenti Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Həmin görüşdə münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Bu, həm də KTMT-yə daxil olan dövlətlərin mövqeyidir".

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-31 08:50:55 | Kateqoriya: Qarabağ | İzlənilib: 310 | Bəyənib: 0