Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qabil Hüseynli Ermənistanın ümumi fikri yayındırmağa çalışmasından danışıb

Səhər TV, xəbərlər-- Azərbaycan Respublikasında siyasi ekspert Qabil Hüseynli deyib ki, Ermənistan dünya xalqlarının ümumi fikrini öz daxili problemlərindən yayındırmaq məqsədi ilə Azərbaycan Respublikası ilə sərhəddə əmin-amansızlıq yaratmaq ardıncadır.
Qabil Hüseynli "Səhər" telekanalının Bakıdakı müxbiri ilə müsahibədə qərblilərin Dağlıq Qarabağ məsələsindəki ikili mövqelərini tənqid edib. O, Ukraynanın Krım məsələsinin Dağlıq Qarabağ məsələsi ilə oxşarlığına toxunaraq, BMT və dünyada təhlükəsizliyin təmini vəzifəsini daşıyan beynəlxalq təşkilatları kəskin tənqid atəşinə tutub.
Qabil Hüseynli həmçinin deyib: Qərblilər Krım məsələsində Rusiyaya qarşı ikiqat təzyiqlər göstərdilər, halbuki onlar Azərbaycan Respublikasının işğal ounmuş ərazisi olan Dağlıq Qarabağ məsələsində nəinki Azərbaycanı dəstəkləmədilər, əksinə həmişə Ermənistanın maraqlarının təmini niyyətində olublar.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-28 13:07:14 | Kateqoriya: Qarabağ | İzlənilib: 271 | Bəyənib: 0