Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran XİN başçısı Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsini istədi

SəhərTV,Xəbərlər – İran İslam Respublikası xarici işlər naziri İrəvanda səfərdə olduğu zaman deyib: İran region ölkələri arasında sülh, sabitlik və dostluq münasibətlərinin tərəfdarıdır. Biz ümidvarıq ki, regionda mövcud olan münaqişələr beynəlxalq hüquq normaları əsasında və dinc yollarla həll olunsun.
Məhəmməd Cavad  Zərif Ermənistanın xarici işlər naziri ilə görüşdükdən sonra müştərək mətbuat konfransında iştirak edib.

“Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını və regionun ölkələri arasında sülhün və dostluğun bərqərar olmasını istəyirik”, - Zərif bildirib.

Zərif İran və Rusiya müdafiə nazirləri arasında “S-300” raket batareyalarının İrana təhvil verilməsi barədə aparılan danışıqlara da işarə edərək, deyib: S-300 raket batareyalarının İrana təhvil verilməsi üzrə danışıqlar aparılıb ki, ümidvarıq, münasib həll  yolunun əldə olunması ilə nəticələnsin.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-28 08:29:45 | Kateqoriya: Qarabağ | İzlənilib: 294 | Bəyənib: 0