Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ədalət partiyası Amerikanı Azərbaycan ərazilərinin işğalında suçladı

Səhər TV, xəbərlər—Sənədlər Amerika Birləşmiş Ştatlarının Qarabağın işğal olunmasında və Azərbaycan Respublikası vətəndaşlarının 20 yanvarda qətliam edilməsində ciddi rola malik olduğunu göstərir.

Bakıda Səhər müxbirinə müsahibə verən Azərbaycan Respublikası Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib: 20 yanvar faciəsi və Qarabağ ərazilərinin işğalında Rusiyanın rolunun olması barəsində irəli sürülən iddiaların əksinə olaraq üzə çıxan sənədlər amerikalılar, xüsusilə də ABŞ-ın hazırkı dövlət katibinin bu barədə rolunun olduğunu göstərir.

Azərbaycan Respublikası Ədalət partiyasının sədr müavini Qarabağ probleminin həlli ilə əlaqədar Minsk qrupunun zəif funksiyasını tənqid atəşinə tutaraq deyib: Bu qrup bu münaqişəni həll etmək niyyətində deyil və onu uzatmaqla məsələnin unudulmasına zəmin yaratmağa çalışır.

Mütəllim Rəhimli əlavə edib: Azərbaycan hökuməti Minsk qrupuna lazımi xəbərdarlıqları etməlidir ki, bu problem qısa müddət ərzində ya həll olunsun və yaxud müharibə yolu ilə öz işğal olunmuş ərazilərini azad etsin.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-26 20:15:06 | Kateqoriya: Qarabağ | İzlənilib: 295 | Bəyənib: 0