Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Üzeyir Cəfərov Qarabağ münaqişəsinin həllində beynəlxalq qurumlardan şikayətləndi

SəhərTV, Xəbərlər -- Müstəqil hərbi ekspert Üzeyir Cəfərov NATO Alyansının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində israrlı olduğuna dair bəyanatına münasibət bildirib.
Hərbi ekspertin sözlərinə görə, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gah ATƏT-in Minsk Qrupunun, gah da  NATO Alyansının məşğul olduğunu deyirlər: “Belə olan təqdirdə sual yaranır. Əgər NATO-nun bu məsələyə qarışacağı yoxdusa qurumun səsləndirdiyi fikirlər hansı məqsədə xidmət edir? Həqiqətən də onlar bu məsələ ilə məşğul olmaq və işğalçı dövlətə təzyiq göstərmək istəyirlərsə buyurub bunu etsinlər. Çünki biz heç vaxt bundan imtina etməmişik. Əksinə biz beynəlxalq, hərbi siyasi qurum kimi onlara minnətdar olarıq. Amma əslində biz ayrı mənzərəni görürük. Görünən mənzərə isə ondan ibarətdir ki, bu beynəlxalq qurumlar daha çox fikir səsləndirdikcə Ermənistanın işğalçılıq siyasəti bir az da davam edir. Bu gün beynəlxalq qurumların özləri də çaşqın vəziyyətdədir və nə etmək istədiklərini düzgün müəyyənləşdirə bilmirlər. Mən nə NATO-dan, nə də ATƏT-dən heç bir dəstək gözləmirəm. Son günlər cəbhədə baş verən hadisələr də onu deməyə əsas verir ki, yeganə ümid Azərbaycan əsgərinədir. İndi bu prosesləri ABŞ, Fransa, Rusiya və s. hərəsi bir tərəfə yönəldir. Bu gün DQ-nın həlli sırf Azərbaycanın möhkəm siyasi və hərbi gücündən asılıdır”.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-26 19:53:10 | Kateqoriya: Qarabağ | İzlənilib: 140 | Bəyənib: 0