Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sarkisyan Azərbaycanı hədələdi: “Sürprizlər gözləyin!”

SəhərTV, Xəbərlər  --  Ermənistan prezidenti Serj Sarkisyan yenidən Azərbaycan Respublikasını təhdid edib.
Ermənidtanın dövlət başçısı bildirib: Azərbaycanlıların bizim itkilərin hesabını necə ağır ödədikləri, ödəməkdə davam etdikləri və bundan sonra da ödəyəcəkləri heç kimdə şübhə doğurmur. Hər insidentə cavab verilib və bundan sonra da veriləcək.

O sonar deyib ki, bu yaxınlara qədər bizim cavab addımlarımız forma baxımından simmetrik, itki baxımından isə asimmmetrik idi. İndi isə cavablar forma baxımından da asimmetrik olacaq. Gözü qızmış adamlar sürprizlər gözləməlidir.

Ermənistan prezidenti deyib ki, onun masası üzərində bütün mümkün variantlar var: “Qarşı tərəflə danışıqları soyuq başla apara bilərik və buna borcluyuq. Əks halda biz sülhü qəbul etdirməyə məcburuq”.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-26 19:27:10 | Kateqoriya: Qarabağ | İzlənilib: 239 | Bəyənib: 0