Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan ordusu itki verdi

SəhərTV,xəbərlər—Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində, qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusu 3 həbçisini itirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistanın kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı alınan zaman 3 hərbi qulluqçu şəhid olub, yaralananlar var.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında həmçinin deyilir: Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Bu arada erməni mətbuatı separatçıların hərbi mənbələrinə istinadən məlumat verib ki, son həftə ərzində Azərbaycan ordusunda 14 hərbçi həlak olub və 20-dən çox hərbçi isə yaralanıb.
Az R. Müdafiə Nazirliy isə belə qeyd edib: Biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir", - deyə məlumatda bildirilir.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-26 11:54:39 | Kateqoriya: Qarabağ | İzlənilib: 364 | Bəyənib: 0