Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Cəmil Çiçək: “Azərbaycan torpaqlarının işğal altında olmasının qəbul edilməzliyini bilirik”

SəhərTV,xəbərlər—Türkiyə Parlamentinin sədri Cəmil Çiçək deyib: “Cənubi Qafqazda asayişin təmin olunmasına və vəziyyətin sabitləşməsinə başlıca maneə Dağlıq Qarabağ problemidir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasının qəbul edilməzliyini bilirik”.
APA-nın məlumatına görə, İslam Əməkdaşlığı Təşkilatı Parlamentləri Birliyinin İstanbulda keçirilən sessiyasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Qafqazda sülh və rifahın təmin olunmasında əsas şərt kimi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolunu göstərib.
“Bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və köçkünün yerlərindən və yurdlarından ayrılmaq məcburiyyətində qalmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin gözlənən münasibəti göstərdiyini söyləmək mümkün deyil”, - deyə TBMM sədri əlavə edib.
Türkiyə məclisi bu günə qədər Xacalı qətliamını "soyqırımı" kimi tanımaqdan çəkinib.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-22 12:06:19 | Kateqoriya: Qarabağ | İzlənilib: 181 | Bəyənib: 0