Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Müdafiə Nazirliyi 77 itki rəqəmini təsdiqləyir?

SəhərTV,xəbərlər--“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, 2014-cü ildə Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektoru 77 nəfər itirb. Az R. Müdafiə Nazirliyi adı çəkilən qurumun tərəfindən yayılan məlumatı “düşmən dəyirmanına su tökmək məqsədi” daşıdığını bəyan edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir ki,  Cəsür Sümərinlinin Ermənistan mətbuatının da bizə qarşı sevə-sevə və məharətlə istifadə etdiyi Ordumuzdakı itkilər barədə növbəti “statistikası”nı tirajlaması Silahlı Qüvvələrimizə düşmən münasibətin nəticəsidir: “Şübhə doğuran bu rəqəmlərin C.Sümərinli tərəfindən mütəmadi olaraq toplanıb, hər dəfə müxtəlif şərhlər əlavə edilməklə ictimaiyyətə təqdim edilməsi düşmən dəyirmanına su tökmək məqsədi daşımaqla yanaşı dolayı yolla Ermənistan xüsusi xidmət orqanlarına məlumat ötürmək kimi dəyərləndirilir.

Qeyd edək ki, sözügedən xəbərdə bildirilir ki, ötən il təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Onların 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Bu rəqəmlər “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəsmi qurumların məlumatları və kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən müəyyənləşib. Ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 25-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 49-u isə qeyri-döyüş itkiləridir. “13 nəfər avtoqəzadan, 2 nəfər naməlum səbəbdən, 7 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar və ya ehtiyatsızlıq nəticəsində (asma, güllələmə, ehtiyatsızlıq) dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-18 14:57:08 | Kateqoriya: Qarabağ | İzlənilib: 267 | Bəyənib: 0