Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Erməni ailəni güllələyən rus əsgəri danışdı

SəhərTV,xəbərlər--Vəkili Gümrüdə erməni ailəsinin 6 üzvünü güllələyən rus əsgərindən imtina edib.
Cinayətkar Valeri Permyakovun vəkilini Ermənistan Vəkillər Palatası təyin etmişdi. Tamara Yayloyan adlı vəkil bu qərara Permyakovun ifadə verməsindən sonra gəlib:  “Permyakov uşaqları necə vurduğunu danışanda mən otaqda qala bilməyərək oranı tərk etdim”.
Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Rus əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Permyakov bildirib ki, evə susuzluğunu yatırmaq üçün girib. Dediyinə görə, evə pəncərədən girib. Birinci otaqda bir nəfər var imiş və o, ermənicə nəsə qışqırıb. Permyakov onu öldürüb. Sonra başqa otağa girib, orada isə iki nəfər yatırmış, onları da öldürüb. Üçüncü otaqda dörd nəfər olub, onlardan üçünü öldürüb, uşağı da vurmaq istəyib. Amma avtomat açılmayıb, ona görə süngüdən istifadə edib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Minlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. ASErmənistanda təşkil olunan aksiyalarda, etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-18 14:34:33 | Kateqoriya: Qarabağ | İzlənilib: 330 | Bəyənib: 0