Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Qarabağ məsələsində beynəlxalq qurumların müdaxilələri arta bilər

Səhər TV, xəbərlər—Beynəlxalq müdaxilələrə baxmayaraq məlumatlar Azərbaycan Respublikası və Ermənistan hərbi qüvvələri arasında qarşıdurmaların davam etdiyindən söz açır. Bununla əlaqədar Ermənistan hökumət rəsmiləri şənbə günü Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən daha bir Ermənistan əsgərinin öldürüldüyünü bildirdilər.

Press TV-nin məlumatına görə, Ermənistan və Azərbaycan Respublikası sərhəd qüvvələri arasında toqquşma Ermənistanın şimal sərhədləri və Voskevan kəndi ətrafında baş vermişdir.

Azərbaycan Respublikası və Ermənistan 1988-ci ildən yəni bu iki ölkənin müstəqilliyini əldə etməsindən üç il öncədən Dağlıq Qarabağ bölgəsinin mülkiyyəti üzərində toqquşur. Bu toqquşmalar ilk öncə söz atışması ilə başlandı və sonra hərbi şəkildə davam etdi.

1994-cü ilin may ayında atəşkəs razılaşması imzalandıqdan sonra iki düşmən tərəfin təmas xəttində vəziyyət nisbətən sakit idi. Əlbəttə hərdən təmas xəttində dağınıq şəkildə toqquşmalarla bağlı xəbərlər yayımlanır. Lakin ümumilikdə iki tərəfin tələfatı o qədər də diqqəti cəlb etmirdi. Bununla belə ötən milad ilində Azərbaycan Respublikası və Ermənistan arasında sərhəd qarşıdurmalarının misilsiz səviyyəsi bu münaqişə tərəfləri arasında toqquşmaların yenidən başlanması ilə bağlı nigaranlıqları artırmışdır.

Ötən milad ili oktyabr ayında ilk öncə atəşkəsin pozulması iki düşmən tərəfin 30-a yaxın hərbçisinin ölməsi ilə nəticələndi. Ötən ilin son ayında da Azərbaycan Respublikası ordusu tərəfindən bütün hərbçilərinin ölməsi ilə nəticələnən Ermənistan hərbi vertolyotunun vurulması göstərdi ki, iki düşmən tərəf, xüsusilə də Azərbaycan Respublikası sülh danışıqlarının hazırkı prosesi ilə razı deyildir.

Əslində Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində Qarabağ sülh danışıqlarının ötən iki onilliyi ərzində heç bir nəticə əldə olunmamış, üstəlik Qarabağ münaqişəsinin daha artıq mürəkkəbləşməsinə səbəb olmuşdur.

Azərbaycan və Ermənistan rəsmiləri ötən illər ərzində hər bir görüşün sonunda yalnız növbəti görüşün baş tutması üzərində razılıq əldə ediblər. bu məsələ səbəb olub ki, Azərbaycan Respublikası və Ermənistan xalqları psixoloji baxımdan Dağlıq Qarabağ münaqişəsinin son həllinə o qədər də ümid bəsləməsinlər. Nəticədə öz ölkəsinin ərazisinin bir hissəsini ermənilərin işğalında görən Azərbaycan Respublikasının müsəlman xalqı bu münaqişənin dərhal, hətta hərbi yolla da olsa sona çatdırılmasını vurğulayır. Halbuki Azərbaycan Respublikasının ərazilərini işğal edən ölkə olaraq Ermənistan bu münaqişənin sona çatmasına israr etmir. Hər halda cəbhə bölgələrində Azərbaycan Respublikası və Ermənistanın müharibəsinin hazırkı vəziyyəti elə bir formadadır ki, iki düşmən ölkə arasında müharibə odu hər an alovlana bilər. 

Unutmaq olmaz ki, ötən bir dekadada hərbi büdcəsi Ermənistanın bir illik büdcəsindən çox olan Azərbaycan Respublikası hədələyib ki, sülh müzakirələri nəticə vermədiyi halda Qarabağı güc tətbiq edərək geri alacaq. Rusiya silahları təchiz olunan və bu ölkənin hərbi qüvvələrinin dəstəyindən faydalanan Ermənistan da deyir ki, hər bir hücuma reaksiya verəcək. Aydındır ki, bu şəraitdə iki tərəfin problemlərinin bir hissəsini müvəqqəti şəkildə həll edə biləcək beynəlxalq qurumların müdaxilələrinin zəruriliyi hər zamankından daha çox hiss olunur.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-18 13:46:46 | Kateqoriya: Qarabağ | İzlənilib: 195 | Bəyənib: 0