Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Novruz Məmmədov: Dağlıq Qarabağın işğalı barədə ABŞ-dakı qurumlar danışmırlar

SəhərTV,xəbərlər--Azərbaycan Respublikası Prezident Administrasiyasın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, bu günə qədər böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı normal mövqe ortaya qoymayıblar.
APA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Novruz Məmmədov ABŞ-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırıb. Bildirib ki, 25 il ərzində həmişə böyük güclər Ermənistanı dəstəkləyiblər : “Dağlıq Qarabağ ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bunun haqqında beynəlxalq QHT-lər, ABŞ-dakı qurumlar söz demir. Ancaq Azərbaycanda bir insanın hüquqlarının pozulduğunu iddia edib, axşama kimi bundan danışırlar”.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin yazdıqlarına toxunan N. Məmmədov bildirib: “Təəssüf ki, ABŞ-da da, Avropada hansısa senator, konqresmen bir erməni bir söz deyəndə bəyanat verir. Gərək bu məsələdə məsuliyyət olsun”.
Novruz Məmmədov deyib:  “Azərbaycan müstəqillik illəri ərzində bütün vektorlarla səmərəli əməkdaşlıq edib. Bu vektorlardan biri də ABŞ və Avropadır. Lakin böyük dövlətlərdə bəzən “mən nə dedim, o olmalıdır” yanaşması mövcud olur”.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-18 11:09:44 | Kateqoriya: Qarabağ | İzlənilib: 120 | Bəyənib: 0