Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Akif Heydərli: Qərb düz deyirsə Qarabağ didərginlərinin qanuni hüquqlarını müdafiə etsin

Səhər TV, xəbərlər- AİP sədrinin siyasi müavini insan haqları fenomeni ilə ikili rəftara görə, ABŞ-ı və Qərb ölkələrini kəskin surətdə tənqid edib.
Bakıda “Səhər” telekanalının müxbirinə müsahibə verən Hacı Akif Heydərli Qərbdə, xüsusən Amerikada insan haqlarının çoxlu sayda pozulmasına toxunaraq, qərblilərin insan haqları fenomenindən digər ölkələrdə bir vasitə kimi istifadə etmələrini kəskin surətdə tənqid edib və belə söyləyib: Düzdür, Azərbaycan Respublikasında insan haqları pozulur, amma insan haqlarının əsas pozucularının bu fenomendən eyni istiqamətli olmayan ölkələrə qarşı istifadə etmək haqları yoxdur.
AİP sədrinin siyasi müavini Qarabağ məsələsi ilə ikili rəftara görə də qərbliləri tənqid edib və belə deyib: Qərblilər həmişə və müxtəlif yollarla bu münaqişədə təcavüzkar ölkə olan Ermənistanı dəstəkləyib və Qarabağ müharibəsinin bir milyona yaxın didərgininin pozulmuş hüquqlarına məhəl qoymayıblar.
O, əlavə edib: Onlar yalnız özlərinin Azərbaycan Respublikasındakı maraqlarının ardınca olub və çalışıblar ki, Azərbaycanın zəngin enerji mənbələrini ələ keçirsinlər.
AİP sədrinin siyasi müavini deyib: Əgər qərblilər Azərbaycan Respublikasında insan haqlarını müdafiə iddiasındadırlarsa, Qarabağ müharibəsi didərginlərinin qanuni hüquqlarını müdafiə etsinlər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-15 19:15:48 | Kateqoriya: Qarabağ | İzlənilib: 223 | Bəyənib: 0