Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

"Fəaliyyət var, əfsus ki, nəticə yoxdur."- Prezident İlham Əliyev

SəhərTV,xəbərlər--Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: Qarabağ məsələsində Minsk qrupunun fəaliyyəti nəticə hasil etmir. Fəaliyyət var, , nəticə yoxdur.

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikası prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən İlham Əliyev bildirib ki, Müdafiə sahəsində əlaqələrimiz artır, Türkiyədən çoxlu silah-sürsat alırıq. Artıq Türkiyə ilə birgə Azərbaycanda müdafiə sənayesi məshullarının istehsalı ilə bağlı müzakirə apardıq. Hərbi təlimlər mütamadi olaraq keçiriləcək.
İlham Əliyev qeyd edib: "Görüşdə həmçinin Dağlıq Qarabağ məsələsi də müzakirə olundu. Ermənistan sülh istəmir, Minsk qrupunun fəaliyyəti də bu işlərdə nəticə hasil etmir. Fəaliyyət var, əfsus ki, nəticə yoxdur. Keçən il müəyyən irəliləyiş əldə olundu, lakin Ermənistan təxribat xarakterli davranış nümayiş etdirdi. Xüsusən noyabrda hərbi təlimlər keçirdi,  Azərbaycan mövqeyinə hücum çəkdi, lakin Azərbaycan tərəfindən layiqli cavabını aldı. Ermənistanı yerində oturtduq".

Mətbuat konfransında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil», - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyə NATO hərbi alyansın üzvüdür və NATO Qarabağ münaqişəsinin hərbi yolla Azərbaycana qaytarılmasına qarşıdır. Türkiyə həmçinin 2009-cu ildə Ermənistanla sərhədlərin açılması və əlaqələrin normallaşması üçün protokollara imza atdı. Hərçənd Azərbaycan protokolların imzalanmasına dəvət aldı və getmədi, Amma bu Türkiyə-Ermənistan əlaqələrinin adiləşməsinə təsir buraxmadı və rəsmi Ankara ilə rəsmi İrəvan arasında xalq diplomatiyasına, prezidentlərin və nazirlərin mütəmadi görüşünə start verildi. Türkiyənin yeni hökuməti hətta özünə erməni müşavir seçdi.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-15 17:52:33 | Kateqoriya: Qarabağ | İzlənilib: 254 | Bəyənib: 0