Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran insan quduzluğu vaksinası istehsalı astanasında

Səhər TV, xəbərlər- Pastor İnstitutu direktoru əvəzedicisinin inkişaf məsələri üzrə müavini yaxın gələcəkdə quduzluq vaksinasının istehsalından xəbər verib. O, deyib: Ölkədə insan quduzluğu vaksinasının istehsalı üzrə ilkin və texniki işlər görülüb və keyfiyyətə zəmanət və yekun təsdiq mərhələsindədir.
Doktor Nəvid Dinpərəst söyləyib: İllər boyudur ki, heyvan quduzluğu vaksinası ölkə daxilində istehsal olunur,amma insan quduzluğu vaksinası tezliklə ölkə daxilində istehsal ediləcək.
Mütəxəssislərin fikrincə əgər bir heyvan insanı dişləyərsə, mövzu sadə hesab olunmamalı və dişlənmiş yer su və sabunla yuyulmalıdır, zira quduzluq ağızın selkili qişası vasitəsi ilə yaralıya ötürülür və səhiyyə mərkəzlərinə təcili müraciətlə quduzluq vaksinası və seromu aşılanmalıdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-15 09:58:18 | Kateqoriya: Səhiyyə | İzlənilib: 636 | Bəyənib: 0