Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Həmas Amerika silahlarını Qəzzənin dağıdılmasının amili adlandırdı

Səhər TV, xəbərlər—İslam Müqavimət Hərəkatı- Həmas-ın Siyasi Bürosu rəhbərinin müavini Musa Əbu-Mərzuq Qəzzənin Bərpası Beynəlxalq konfransında sionist rejimin pislənilməməsini tənqid edərək xatırladıb ki, Amerika silahları Qəzzə zolağının 20%-nin dağıdılmasının amili hesab olunur.

İRNA-nın məlumatına görə, təxminən 50 ölkə və 20 regional və beynəlxalq təşkilatın nümayəndəsi Misirdə keçirilən birgünlük Qəzzənin Bərpası Beynəlxalq konfransında vəd edib ki, sionist rejimin bu məntəqəyə hücum və bombardmanları nəticəsində olan dağıntıların aradan qaldırılması üçün kömək etsinlər.

Həmas-ın yüksək səviyyəli rəsmisi deyib: Bu yardımlar maddi və insan sahəsini istənilən qədər əhatə etsə də Qəzzə müharibəsindən qalan psixoloji təsirlər yaxşılaşmayacaq.

Bu arada Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas bildirib ki, Qəzzənin bərpası üçün 4 milyard dollar vəsaitə ehtiyac var.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-13 12:40:53 | Kateqoriya: Səhiyyə | İzlənilib: 239 | Bəyənib: 0