Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran xərçəng xəstəliyi üzrə ixtisaslı xəstəxana yaradır

Səhər TV, xəbərlər—İran İslam Respublikası xərçəng xəstəliyi üzrə ixtisaslı xəstəxana yaradır. Xərçəng xəstəliyi üzrə ixtisaslı ilk xəstəxananın vəsaiti vəqfin qiymətli kağızlarının satışı ilə təmin olunmuşdur.

İRİB-in məlumatına görə, 11 min kvadratmetr ərazidə inşa olunacaq bu xəstəxanada 500 yataq nəzərdə tutulub. Bu xəstəxananın ilk hissəsi gələn üç il ərzində Tehranın cənubunda Şəhri-Reydə 224 yataqla istifadəyə veriləcək.

Layihənin bütün infrastrukturu 19670 kvadratmetrdir. Bu layihədə təcili yardım şöbəsi, xərçəng xəstəliyi üzrə cərrahiyyə əməliyyatı şöbəsi, daxili şöbəsi, radioterapiya və sairəyə şamil paraklinika bölmələri, radiologiya, laboratoriya və sairə klinika şöbələri, sakitləşdirici şöbəsi, yataq şöbəsi, təlim şöbəsi, idarə, dəstək şöbələri və park nəzərdə tutulub.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-09-21 22:43:55 | Kateqoriya: Səhiyyə | İzlənilib: 461 | Bəyənib: 0