Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

İmam Rzadan(ə) düzgün qidalanma ilə bağlı 20 dəyərli tövsiyə

SəhərTV,xəbərlər--Tibb sahəsində kitab yazan ilk şəxslərdən biri İmam Rzadır(ə).

İmam Rza(ə) Tus şəhərinə doğru hərəkət etdiyi zaman, Nişaburda Abbasi xəlifəsi Məmun tərəfindən təşkil edilmiş bir mərasimdə iştirak edir. Yuhənna ibn Masuye, Cəbrail ibn Yəxşu və İbn Bəhlə Hindi kimi öyük alimlər, filosoflar və həkimlərin iştirak etdiyi mərasimdə tibbdən söz düşür.  Məmun bu barədə İmam Əli İbn Musa Ər-Rzadan(ə) bu barədə soruşur. İmam(ə) deyir: Bu sahədə bir sıra təcrübələr əldə etmişəm ki, onları üizin üçün qələmə alaram.  Beləliklə İmam(ə) tibb sahəsində bir kitab yazır və Məmuna göndərir. Məmun bu kitabın qızıl suyu ilə üzünün köçürülməsi barədə göstəriş verir. Buna görə də bu kitab “Risalətün Zəhəbiyyə”(Qızıl Kitab) adı ilə tanınır.


Bu kitabda İmam Rzanın(ə) sağlam qidalanma ilə bağlı dəyərli tövsiyələri yer alır ki, onlardan 20-ni diqqətinizə çatdırmaq istəyirəm:


1- Mədə narahatlıqlarından əziyyət çəkmək istəmirsinizsə, yemək yeyərkən su içməkdən çəkinin. Yemək yeyərkən su içmək mədənin genişlənməsinə və mədə narahatlıqlarının yaranmasına yol açır.


2- Hemoroid və bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərin hər gecə inək yağında(kərə yağında) qızardılmış 10 ədəd xurma yemələri məsləhət görülür.


3- Yaddaş zəifliyindən şikayətlənən şəxslər yaxşı olar ki, hər gün səhər ac qarına 7 misqal qara kişmiş yesinlər. Həmçinin, gündəlik qida rasionuna balda saxlanılmış təzə zəncəfil də daxil edilməlidir. Gün ərzində 3 tikə balda saxlanılmış təzə zəncəfili az miqdarda xardal ilə yemək tövsiyə olunur.


4- Yumurtadan həddən artıq istifadədən çəkinmək lazımdır. Çünki, həddən artıq qəbul edildikdə yumurta qara ciyərdə fəsad törədir.


5- Qış fəslində soyuqdəymədən əziyyət çəkməmək üçün hər gün üç qaşıq bal yemək tövsiyə olunur.


6-  İsti yay günlərində günvurmaya məruz qalmamaq üçün hər gün bir ədəd xiyar yeməkdə fayda var.


7- Başağrılarından, mədə və bağırsaqlarda köpdən əziyyət çəkənlər yaxşı olar təzə balıq yesinlər. Həm qış fəslində, həm də yay fəslində təzə balıqdan istifadə tövsiyə olunur. Çünki, təzə balıq bu problemlərin aradan qaldırılmasında faydalıdır.


8- Həmişə xoş əhval-ruhiyyəyə malik olmaq üçün şam yeməyini bacardığınız qədər yüngül edin.


9- Qulaqların süstləşməsinin qarşısını almaq üçün yaxşı olar ki, hər dəfə şiriniyyat yedikdən sonra ağızı az miqdarda sirkə ilə qar-qara etsinlər.


10- Yel xəstəliyindən əziyyət çəkənlərə həftədə bir dəfə sarımsaq yemək tövsiyə olunur.


11- Dişlərinə önəm verənlər yaxşı olar ki, şiriniyyat yeməzdən öncə bir az çörək yesinlər. Çünki, çörək qırıntıları dişlərin arasındakı fasilələri dolduraraq, şiriniyyatın tərkibində olan şəkərin dişlərə zərər yetirməsinin qarşısını alır.


12- Ağızdan gələn pis qoxunu önləmək üçün əncir faydalı vasitə hesab olunur. İmam Rza(ə) buyurur: “Əncir ağızdakı pis qoxunu aradan aparar”(  اَلتّینُ یَذهَبُ بِالبَخرِ). Daha sonar buyurur: “dişləri və sümükləri möhkəmləndirir”( یشّد الفم و العظم). “Və əncir ağacı cənnət ağaclarına ən çox bənzəyən ağacdır.”


13- Baharda yağlı və qış fəslinə məxsus yeməkləri daha yüngül yeməklərlə əvəz ediin. Bu yeməklər bunlardan ibarətdir: Ləpəli bitkilər, tərəvəzlər və meyvələr. Daha çox soyuq təbiətə malik yeməklər qəbul edin. Bol-bol su için. Səhərlər hamam qəbul edin və yüksək əhval-ruhiyyə ilə fəaliyyətə başlayın.


14- Yay fəslində ən yaxşı yeməklər süd, meyvə və tərəvəzlərdir. Həmçinin, bitkilərdən hazırlanmış müxtəlif halal içkilərə üstünlük verilməlidir. Səhər və günorta soyuq su ilə hamam qəbul etməkdə fayda var. Əlbəttə, yeməkdən və gərgin iş fəaliyyətindən birbaşa sonra hamam qəbul etmək məsləhət görülmür. Müxtəlif növ turşulardan istifadə faydalıdır.


15- Yay fəslində havanın temperaturunun yüksək olmasına görə bədəndəki yağlar əriyir. Buna görə də payız fəslində bədənin yağ ehtiyatının bərpasına ehtiyac yaranır. Buna görə də münasib yeməklərdən istifadə etməklə bədəni soyuq qış fəslinə hazırlamaq lazımdır. Bədən üzüm və nar kimi meyvələrə ehtiyaclıdır. Ümumiyyətlə yeməkdən öncə turş, yeməkdən sonra isə şirin meyvələrdən istifadə tövsiyə olunur.


16- Qış fəslində enerji ilə zəngin qida maddələri qəbul edilməlidir. İstirahət zamanı sümüklər və oynaqların zeytun və qızıl gül yağları ilə masaj edilməsi, onların möhkəmlənməsinə kömək edir. Həftədə bir dəfə sarımsaq yeməkdə də fayda var. Süd və yumurta ilə yanaşı xurma yemək də tövsiyə olunur. Bu, qışın ikinci yarısı və baharın əvvəllərində yaranan süstlüyü aradan qaldırır.


17- Tox qarına yatmaq istəyən şəxslər yeməyin tez həzm olunması üçün yaxşı olar ki, sağ böyürləri üstündə yatsınlar. Bir müddət sonra isə, sol tərəfə çönsünlər. Bu, onların rahat yatmasına kömək edər.


18- İmam Rza(ə) artıq çəkidən qurtulmaq və çəkini nəzarətdə saxlamaq üçün şam yeməyinin həcminin azaldılmasını, amma, tamamilə tərk edilməməsini tövsiyə edir. O həzrət buyurur: Sağlam, yüngül və az ətli bədənə sahib olmaq istəyənlər şam yeməklərini azaltsınlar.


19- İmam Rza(ə) “su ayı” (təqribən Avqust-Sentyabr ayına təsadüf edir) barədə deyir: Su ayı 31 gündür. Bu ayda zəhərli küləklər əsər. Gecə vaxtı zökəm və həyəcan yaranar. Şimal küləkləri əsər. İmam(ə) yay fəslinin sonlarında zökəm xəstəliyinə yoluxma ehtimalının yüksək olduğunu bildirərək, bunun qarşısını almaq üçün buyurur: ( مَن أرادَ دَفَعَ الزُّکامِ فِی الشِّتاءِ أجمَعَ، فَلیَأکُل کُلَّ یَومٍ ثَلاثَ لُقَمِ شَهدٍ)

20-Qış fəslində zökəm xəstəliyindən amanda qalmaq istəyənlər hər gün 3 qaşıq bal(mum ilə birlikdə) yesinlər.
20- İmam Rza(ə) həmçinin yay fəslinin sonlarında qatıqdan istifadəni faydalı hesab edərək, buyurur: Qatıq yemək istəyənlər yaxşı olar ki, mənfi təsirlərini önləmək üçün onu cirə ilə yesinlər.


Ümidvarıq İmam Rzanın(ə) bu dəyərli tövsiyələri sağlamlığınızı qorumaqda sizlər üçün faydalı olsun.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-09-08 17:26:52 | Kateqoriya: Səhiyyə | İzlənilib: 962 | Bəyənib: 3