Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran bədən üzvlərinin peyvəndi sahəsində regionda öncüldür

Səhər TV, xəbərlər- İranın Səhiyyə Naziri deyib ki, İran bədən üzvlərinin peyvəndi sahəsində xəstəxana təchizatları və tibb qrupları baxımından region ölkələri arasında öncüldür.


IRNA-nın məlumatına görə, Həsən Qazızadə-Haşemi Tehranda Bədən Üzvlərinin Peyvəndi Konfransının kənarında İranı bədən üzvlərinin peyvəndi sahəsində ən qüdrətli ölkə adlandırıb və belə əlavə edib: Həyatın ən həssas şəraitində bədən üzvü hədiyyə edən şəxslər öz həyatlarının ən mühüm qərarını çıxarırlar.
İranın Səhiyyə Nazirliyinin Xas Xəstəliklər və Peyvənd Mərkəzinin direktoru- Kətayun Nəcəfizadə də bildirib ki, ötən ildə İranda xəstələrə 665 bədən üzvü bağışlanıb. O, deyib ki, bu nazirliyin səyi cəmiyyətdə bədən üzvlərinin bağışlanılması mədəniyyətinin fəallaşdırılmasıdır.
İllik Bədən Üzvlərinin Peyvəndi Konfransı “Nəfəs” adı altında İranın Səhiyyə Nazirliyinin təşəbbüsü, həmçinin bədən üzvləri bağışlayan ailələrin və bədən üzvü alanların iştirakı ilə təşkil olunur.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-09-05 18:31:48 | Kateqoriya: Səhiyyə | İzlənilib: 231 | Bəyənib: 0