Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda ilk dəfə olaraq, qara ciyər və böyrək eyni zamanda cərrahiyyə edilib

Səhər TV, xəbərlər- İranda ilk dəfə olaraq, qara ciyər və böyrəyin eyni zamanda cərrahiyyə edilməsi Şirazda uğurla həyata keçirilib.
IRIB-nin məlumatına görə, bu əməliyyat 8 yaşlı uşaq üçün peyvəndin edilməsi və beyni ölmüş bir uşağın bədən üzvünün bağışlanması ilə mümkün olub.
Şiraz Tibb Elmləri Universitetinin Bədən Üzvlərinin Peyvəndi və Cərrahiyyə şöbəsinin dosenti deyib: Nəmazi xəstəxanasının bədən üzvlərinin müalicəsi qrupunun məharəti ilə dörd saat yarımlıq bir əməliyyatda 8 yaşlı bir uşaq üzərində qara ciyər ilə böyrəyin eyni vaxtda peyvənd edilməsi əməliyyatını uğurla həyata keçirə bildik.
Doktor Saman Nik Eqbaliyan əlavə edib: Hazırda Şirazın Nəmazi Tədris-Müalicə Mərkəzi dünyada fəaliyyət göstərən üçüncü mərkəz kimi müxtəlif peyvənd cərrahiyyə əməliyyatları həyata keçirərək, Avropadakı peyvənd mərkəzlərindən önə keçə bilib.
O, sonra deyib: Bu mərkəz nadir peyvənd əməliyyatlarının həyata keçirilməsində təmərküzləşmə və ixtisas cəhətdən Amerika və İspaniya peyvənd mərkəzlərindən sonra dünyada üçüncü yeri əldə edə bilib.
Şiraz Tibb Elmləri Universitetinin Bədən Üzvlərinin Peyvəndi və Cərrahiyyə şöbəsinin dosenti daha sonra deyib: Bu uşağın böyrəyi dializ edildiyinə görə, hər iki peyvənd eyni zamanda həyata keçirilməli idi.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-07-04 20:52:03 | Kateqoriya: Səhiyyə | İzlənilib: 433 | Bəyənib: 0