Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Siqaret kimi kiçik, ömür kimi qısa

Müqəddimə:

Siqaret tənəffüs, ürək-damar xəstəlikləri, xərçənglər və digər mühüm mənfi nəticələrin əsas dəlillərindən biri olaraq, dünyada ölümün qarşısının alına bilinəsi ən çox yayılmış amildir.
Siqaret bütün ölümlərin 12,5%-i, xərçəngdən irəli gələn ölümlərin 30%-i, ağ ciyər xərcənginin 90%-i, ürək xəstəliklərinin 50%-i və ağ ciyər xəstəliklərinin 75%-də məsuliyyət daşıyır.
İranda tütün məmulatları istehlakı ilə bağlı olan xəstəliklərdən irəli gələn ölüm halları ildə təqribən 200 min nəfərdir.
Tütün məmulatları istehlakı ilə bağlı olan xəstəliklərdən irəli gələn xərclər ölkələrin, xüsusən inkişaf etməkdə olan ölkələrin büdcələrinə iri maliyyə yükü daxil edir.

Qısa tarixi:

Kristof Kolumb 1492-ci ildə uzaq diyarlara etdiyi səfərlərin ardınca bir diyara daxil oldu ki, bu gün Kuba adı ilə tanınır.
O, bu səfərdə yerli əhaliyə diqqət yetirərək, gördü ki, onlar bir bitki növünü bir-birinə buraraq, alışdırdıqdan sonra onun tüstüsünü ağız yolu ilə çəkib, burun yolu ilə çölə verirlər. Bu hərəkət onların yorğunluğunu aradan qaldırırdı.
Sonrakı araşdırmalar göstərdi ki, bu bitki tənbəkidən başqa bir şey deyilmiş.
Sonra 1500-ci ildə bir ispan həkim tədqiqat məqsədi ilə tənbəki bitkisinin toxumunu əkmək üçün onu İspaniyaya gətirdi və onun müalicə xüsusiyyətinə malik olduğu təsəvvür edilərək, Avropanın bir çox nöqtələrində əkildi.
1586-cı ildə İngiltərə kraliçasının yaxınlarından olan Ralix adlı bir şəxs tənbəki və bir neçə tüstüçəkmə vasitəsini hədiyyə kimi kraliçaya təqdim etdi.
Həmin tarixdən sonra tüstüçəkmə İngiltərərədə, sonra da Avropa ölkələrində, daha sonra isə Asiya və Avropada rəvac tapdı.
İranda da 1-ci Şah Abbas zamanında tütün İrana daxil oldu və onun əhali arasında istehlakı tədricən genişləndi və nəhayət, 1937-ci ildə İran Tütün Məmulatları Fabrikinin təsisi ilə nəticələndi.

Siqaret və onun zərərləri:

Siqaretin tüstüsü tütün yarpağının naqis alışmasından yaranır. Bu tüstü pərakəndə şəkildə yayılmış zərrəciklərə malik olan bir qaz məcmusundan təşkil edilib(cədvəl).
Siqaret tüstüsündə dörd mindən çox maddə qeydə alınıb. Siqaret tüstüsündə mövcud olan müxtəlif kimyəvi birləşmələrdən bir qismi zəhərlidir, bəziləri isə xərçəngyaratma xüsusiyyətinə malikdirlər. Gündə bir paket siqaret çəkən bir şəxs ildə 70 min dəfədən çox qullab vurur və onun ağız, burun, boğaz və nəfəs yollarının selikli qişaları daim tütün tüstüsü təhlükəsi qarşısında qalırlar.
Siqaret tüstüsünün bəzi hissələri birbaşa surətdə bu qişalara təsir göstərir, bəziləri də qana cəzb olunur və ya ağız suyunda həll olaraq, udulurlar.

Siqaret tüstüsü iki hissəyə ayrılır:

1- Əsas cərəyan(main stream)- Bu, qullab vurarkən siqaretin filtrli hissəsinin ucundan ağ ciyərə daxil olur.

2- Kənar cərəyan(side stream)- Bu, qullablar arasında siqaretin yanan konusvari ucu və onun kənarlarından çıxır. Siqaretin temperaturu filtrli hissədə 30 dərəcə santiqrad, onun yanan konusvari ucunda 900 dərəcə santiqradadək dəyişkəndir.
Filtrdən keçməyən kənar tüstü cərəyanı əsas tüstü cərəyanından 50 dəfə çox qatılığı olan xərçəng yaradan maddələrə malikdir. Bir saat ərzində siqaret çəkməyən bir şəxs siqaret tüstüsü ilə dolu olan bir otaqda 15 ədəd filtrli siqaret qədər nikotin, karbon qazı və qətran ilə tənəffüs etmiş olur.

 

 

 

 

* Bir ədəd siqaretin istehlakı insan ömründən orta hesabla 7 dəqiqə azaldır*

*Siqaretdə mövcud olan ən təhlükəli maddələr

** Nikotin:

Tənbəkidə ən təsirli kimyəvi maddə, nikotindir. Bu maddə olduqca zəhərli və uyuşdurucudur. Uçucu bir maddə olaraq, istilik vasitəsi ilə buxarlanıb, sürətlə ağ ciyərdən cəzb edilərək, qan dövranı sisteminə daxil olur.
Nikotin koroner damarlarının yığılması, qan təzyiqinin yüksəlməsi, yığılma qüvvəsinin artması və ürək əzələsinin təhrik olmasına bais olub, ürəyin oksigenə olan tələbatını artırır və infarktın baş verməsi təhlükəsini şiddətləndirir.
Beyinə təsir göstərərək, şəxsdə ləzzət, şadlıq, sayıqlılıq və oyaq qalmaq hissini yaradır. Həmçinin siqaret çəkən şəxsdə şəkər xəstəliyinin artmasına səbəb olur və strogen səviyyəsinin azalması ilə qız və qadınlarda vaxtından qabaq klimakterik dövrün başlanmasına gətirib çıxarır.

**Karbon qazı(CO):

Zəhərli qaz olaraq, oksigenin ötürülməsi və istehlakına müdaxilə edir. Siqaret tüstüsünün 2%-6% CO-ya malik olduğu üçün siqaret çəkənlər bu maddənin yüksək qatılığını ciyərlərinə çəkirlər. Nəticədə qanlarında Korboksi Hemoqlobin(CoHb)-nin səviyyəsi artır, oksigenin miqdarı isə aşağı düşür. Eləcə də qanda CO-nun miqdarının yüksəlməsi qanın qatılığının artmasına və beyin sisteminin təmərküzləşmə və diqqət kimi fəaliyyətlərində incə pozuntulara səbəb olur.

** Qətran(TAR):

Zərrəcik formasında olan ən təhlükəli kimyəvi maddə, “qətran”dır. Bu maddə hava kisələrinin pozulması, tənəffüs üzrə epitelium saçaqları və təmizləmə prosesinin iflic olmasına bais olur və bədənin təhlükəsizlik sistemi fəaliyyətinin azalması ilə ağ ciyər xəstəlikləri, o cümlədən ağ ciyər xərçənginin yaranmasına səbəb olur. Təəssüflər olsun ki, siqaret çəkən şəxslərin övladları, ailə üzvləri, həmkarları və yaxınları kənar tüstü cərəyanının günahsız qurbanları olub CO, nikotin və qətranın daha yuxarı qatılığını alırlar. Bu şəxslər ağ ciyər infeksiyaları, ağ ciyər xərçəngi, orta qulaq infeksiyası, astma, döş qəfəsində ağrılara daha çox düçar olurlar.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-06-24 11:47:05 | Kateqoriya: Səhiyyə | İzlənilib: 903 | Bəyənib: 1