Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran prezidenti dərman preparatının istehsalında özünü təmini vurğuladı

Səhər TV, xəbərlər—İran İslam Respublikası prezidenti İranda dərman preparatlarının istehsalı sahəsində özünü təmin məqsədilə səylərin davam etdirilməsini vurğulayıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda 1-ci Böyümə Hormonu dərman preparatının istehsalı üzrə açılış mərasimindən sonra deyib: Bu il iqtisadi çiçəklənmə, həmçinin müqavimət iqtisadiyyatı ilidir və ölkə daxilində istehsal imkanı olan dərman preparatlarının xaricdən idxal olunmamasına çalışmaq lazımdır.

Özünü təminlə dərman preparatları və xarici məhsulların idxalından ehtiyacsız olmağın mümkünlüyünü bəyan edən Ruhani söyləyib: Böyümə hormonu dərman preparatı indiyə qədər tamamilə xaricdən idxal olunmuşdur.

İran İslam Respublikası prezidenti həmçinin xatırladıb: biotexnologiya sahəsində çox yaxşı addım atılmışdır. Bütün laboratoriyaların dizaynı və onun müxtəlif bölmələrinin aktivləşdirilməsi İranın yerli mütəxəssisləri tərəfindən həyata keçirilmişdir.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-30 15:03:34 | Kateqoriya: Səhiyyə | İzlənilib: 435 | Bəyənib: 0