Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Psixoloqların ailələrə məsləhətləri; Yeniyetmələrlə düzgün ünsiyyətin qurulması üçün əsas yollar

Səhər TV, xəbərlər—Yeniyetməlik dövrü insanın qeyri-stabil, mütənasibliyin olmaması, fiziki və psixoloji sürüşkənlik dövrü olduğuna görə, yeniyetmələrlə davranış üsulu digər şəxslərlə müqayisədə daha çox həssaslıq və incəliklərə malikdir.

Buna görə, yeniyetmələrdə qeyri-stabilliyi artırmamaq və öz yeniyetmə övladlarımızla yaxşı ünsiyyət qurmaq üçün psixoloqların bu məsləhətlərinə riayət etməliyik:
1. Yeniyetməni öz həmyaşıdları ilə müqayisə etməyin. Heç bir fərd, hətta yuxarı yaşda olan insanlar da digərlərlə ilə müqayisə olunmasını bəyənmirlər. Əgər müqayisə etmək istəsəniz, yeniyetməni digərləri ilə deyil, özünün öncəki müsbət əməlləri ilə müqayisə edin.
2. Yeniyetmələrə töhmət vurmaqdan çəkinin.
3. Yeniyetmələrlə çəkişmədən çəkinin. Çünki hər bir çəkişmədən bir nəfər geri çəkilir və mütləq bilin ki, yeniyetmələrlə höcətləşmədə böyüklər geri çəkilirlər.

Bəs böyüklərlə davranışda nə edək və onları ailə çərçivəsində qanun-qaydalar və nizam-intizama əsaslanan davranışa necə təşviq edək? Bilməliyik ki, hər bir təşkilat və yaxud idarədə, həmin idarənin nizam-intizamla çalışması üçün müdiriyyət o təşkilatı çəkişmə ilə idarə etmir. Hər bir idarə qanun-qaydalara əsasən idarə olunur və hər bir şəxs qanunlara riayət edərsə, təşviq və hər kim qanunları pozarsa, tənbeh olunur.

Buna görə, yeniyetmələrlə davranışda:
1. Qanun yaradaq.
2. Qanunlarımızın pozulması üçün cəzalar təyin edək.
3. Qanunlarımızın icrası üçün mükafat nəzərdə tutaq.
4. Diqqət yetirməliyik ki, tətbiq etdiyimiz qanun ədalətli və məntiqli olsun. Yeniyetmə məntiqsizliyi, ədalətsizliyi qəbul edə bilməz. Qanunların tətbiqində mülayim olaq və təsadüfi və elan olunmamış cəriməni tətbiq etməkdən ciddi şəkildə çəkinməliyik.
5. Ailədə iqtidar strukturunu qoruyaq. Sağlam bir ailədə, kişi şah və ana baş vəzir olur. Ehtiyatlı olun ki, bu struktura problem yaranmasın. Bu mənada ki, əgər ailədə qərarların verilməsində kişi və qadının yeri dəyişərsə, yeniyetmə özbaşına olacaqdır.

Buna görə:
1. Valideynlər öz yeniyetmə övladlarının gözü qarşısında bir-birlərini tənqid etməməlidirlər.
2. Valideynlər bir-birləri ilə həmahəng olmalıdırlar.
3. Valideynlər bir-birlərindən narazılıqlarını heç bir vəchlə öz yeniyetmə övladlarına deməməlidirlər. Çünki necə deyərlər, əgər şahla baş vəzir arasında ixtilaf yaranarsa, yeniyetmə üsyan edəcəkdir və heç birini fərmanına riayət etməyəcəkdir. Diqqətli olmalıyıq ki, yeniyetmələrlə problemlər yaşanan ailələrin əksəriyyətində ana komandan rolunu oynayır və son sözü deyir.
4. Yeniyetmələrlə davranışda onların zəif nöqtələrini vurğulamayın. Əgər yeniyetməni tənqid etmək istəyirsinizsə, o tənqidi onun müsbət nöqtələrini vurğulamaqla bəyan edin və bildirin ki, bu qədər müsbət nöqtələrə əsasən zəif nöqtəsinin olmaması və əgər olarsa, onu aradan qaldırması gözlənilir.
5. Çalışın rəftarlarınızla yeniyetmələrinizə müsbət örnək təqdim edin. Çünki yeniyetmələr sizin sözlərinizdən deyil, sizin rəftarlarınızdan təsir alırlar.
6. Qışqırmaqla yeniyetmələrə yaxşı örnək verilmir. Belə ki, bu halda ona qəzəblilik öyrədilir. Övladlarınız üçün maddi, mal və əmlak irsi qoymaq əvəzinə onlara məsələlərin həlli üsulunu öyrətməyə çalışın.
7. Yeniyetmələr üçün ifrat məhdudiyyət tətbiq etməkdən çəkinin
8. Yeniyetmə şəxsi çevrəyə ehtiyaclıdır. Əgər yeniyetmənin şəxsi çevrəsi pozularsa və ona məxsus hər bir vasitədə itaətsizlik olarsa, yeniyetmə ya özünə qapılır, ya da kobud olur.
9. Yeniyetmə üçün məhdudiyyətin tətbiqi ifrat deyil, məntiqi olmalıdır. Əgər yeniyetmənizin sizə etimad etməsini istəyirsinizsə, onunla dostları kimi olun. Çünki yeniyetmə hər bir şəxsdən öncə dostlaşmaq üçün valideyninə müraciət edir. Lakin əgər valideyninin yaxşı və etimad olunası dost olmadığını görərsə, digər dostlara doğru üz tutur.
10. Yeniyetmələrinizin məsuliyyətini artırmaq üçün ailədə çıxarılan qərarlarda ona yer verin. Ailənin qərarlarının çıxarılmasında yeniyetmələrinizin rəyini soruşun. Doğrudur yeniyetmə əsaslı məsələlər barəsində rəy sahibi ola bilməz, lakin ailədə bəzi məsələlər vardır ki, onların barəsində qərarın çıxarılması üçün yeniyetmənin rəyini tətbiq etmək olar. Misal üçün ailə üçün avtomobil alındığı zaman onun rəngini yeniyetmənin rəyinə əsasən seçin.
11. Əgər yeniyetmənizdən rəy istəyibsinizsə, mütləq onun rəyinə hörmətlə yanaşın. Yeniyetmə az təcrübəli olmasına baxmayaraq, huşlu-başlıdır. Əgər yeniyetmə onun rəyinə hörmətlə yanaşılmadığını görərsə, artıq rəy vermir və ailə ilə əlaqəsi azalır.
12. Əgər yeniyetmənin rəyi yanlış olubsa və ziyan gətiribsə, heç vaxt onu birbaşa töhmət etməyin. Yeniyetmənin yanlışından onun təlimi üçün fürsət olaraq istifadə edin. Belə ki, oxşar yanlışlığa yol verməsin. İcazə verin yeniyetmənin yanlış işlərinin nəticəsi onu töhmət etsin və yanlışlıqları təkrar etməkdən çəkindirsin.
13. Yeniyetmənin ətraf mühitini sakit, təhlükəsiz və stabil etməyə çalışın. Çünki yeniyetməlik yaşı onsuz da öz-özlüyündə de-stabillik və sürüşkənliklə yanaşıdır. Valideyn bu de-stabilliyi daha da kəskinləşdirməməlidir. Əgər valideynlərin bir-birləri ilə problemləri varsa, yeniyetmənin həmin problemin təsiri altına düşməsinə imkan verməməlidirlər.
14. Yeniyetmə həmişə ali səviyyəli örnəklərlə özünü uyğunlaşdırmaq ardıncadır. Lakin adətən yeniyetmə özəyi və daxili ilə uyğunlaşmaq əvəzinə, qabığı və zahiri ilə uyğunlaşır. Misal üçün karyerasında uğurlu olan bir futbolçu, yaxud xanəndə və aktyoru xoşlayan yeniyetmə o futbolçu, xanəndə və ya aktyorun uğur qazanmasının amillərinə diqqət yetirmək əvəzinə, öz zahirini o futbolçu kimi edir. Bu, bir təbii prosesdir ki, valideynlər onun qarşısını almaqla məşğul olmamalıdırlar. Əgər onu yanlış hesab edirlərsə, yeniyetmənin onlara olan marağının səbəbini öyrənməli və dolayısı ilə onu istiqamətləndirməlidirlər.
15. Yeniyetmənin qarşısında hər bir hərəkətdən öncə iki suala cavab verin:

A. Görəsən bu hərəkət məni məqsədimə çatdıracaqmı?
B. Bu hərəkət məni yeniyetməmdən uzaqlaşdıracaq yoxsa yeniyetmə övladıma yaxınlaşmağıma səbəb olacaqdır?

Əgər bu sualların cavabı mənfi olarsa, yeniyetmələrinizin qarşısında o hərəkəti heç vaxt yerinə yetirməyin.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-14 11:13:19 | Kateqoriya: Səhiyyə | İzlənilib: 686 | Bəyənib: 0