Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Osteoporoz(sümük kövrəkliyi) ilə tanışlıq

Osteoporoz nədir?
Yayılmış bir sümük xəstəliyidir ki, heç bir xas əlamət yaratmadan onda sümük kütləsi tədricən məhv olur və ola bilər, bədən sümüklərindən birində(onurğalar, çanaq, topuq və bilək) bir sınıqla özünü göstərsin. Sümük strukturu başlıca olaraq, kelajen adlı bir protein maddə və fosfat kalsium adlı bir mədən maddəsindən təşkil olunub. 25-30 yaşlarında şəxslər maksimum sümük kütləsinə nail olurlar. Ondan sonra zaman keçdikcə və yaş artdıqca təbii bir şəxsdə kifayət qədər qidalanma ilə sümük kövrəkliyi yaranmadan hər il sümük toxumasından təqribən 0,4% azalır. Lakin əgər bu təbii cərəyan daha sürətlə baş verərsə, sümük kövrəkliyi yaranar.

Təhlükə amilləri

• Cins: Qadınlar kişilərdən daha çox təhlükəyə məruz qalırlar.(təbii formada qısırlılıq, vaxtından qabaq qısırlılıq, cərrahiyyə əməliyyatı və yumurtalıqların götürlülməsi nəticəsində qısırlılıq(xəstəliyə tutulan zaman təsirlidir)).
• Yaş: Şəxsin yaşı hər nə qədər yuxarı olarsa, onda xəstəliyə tutulma ehtimalı yuxarıdır.
• Bədənin ölçüsü: Arıq şəxslərdə sümük kövrəkliyinin(osteoporoz) yaranması ehtimalı yuxarıdır.
• İrq: Bəzi irqlərdə, o cümlədən asiyalıda xəstəliyə tutulma yuxarıdır.

• Qohumluq amilləri: Ailədə sümük kövrəkliyinin olması keçmişi, həmçinin zərbə və qəza hadisəsi ilə heç bir əlaqəsi olmadan şəxsin 1-ci dərəcəli qohumlarında sınıqlıq keçmişi şəxsin xəstəliyə tutulması ehtimalını artırır.
• Qidalanma: Kalsium və D vitaminin istehlakı çatışmazlığı xəstəliyə tutulma ehtimalını artırır.
• Zərərli adətlər: Siqaret və spirtli içkilərin istehlakı xəstəliyə tutulma xətərinin artması amilidir.
• Fəaliyyət miqdarı: Əgər yaşayış tərzi baxımından şəxs az fəaliyyətli şəxslər sırasından olarsa, xəstəliyə tutulma ehtimalı yuxarıdır.
• Dərman istehlakı: Kortikvastroidlər kimi bəzi dərmanların istehlakı xəstəliyə tutulma ehtimalını artırır.
• Sınıqlıq keçmişi: 50 yaşından sonra sınıqlıq keçmişi və 1-ci dərəcəli qohumlarda sınıqlıq keçmişi xəstəliyə tutulma ehtimalını artırır.
• Mühit amilləri: Günəş işığından uzaq və məhrum olmaq xəstəliyə tutulma imkanında təsirlidir.
   

Əlamətləri: Təəssüflər olsun ki, osteoporoz sınıqlıq yaratmazdan qabağadək susan bir xəstəlikdir və şəxs sınıqlıq və onurğanın gözlənilmədən sıxılması ilə şiddətli təziyqin, süqutun və hətta öz-özünə xəstəliyin mövcud olduğunu başa düşür. Əslində xəstəliyin ilkin bariz əlamətləri bir sınıqlığın baş verməsi və qəfil ağrı kimi sınıqlıq əlamətləri, onurğa sümüyünün ucu və quruluşunun deformasiyası, boyun kiçilməsi və hərəkət zamanı acizlikdir.

Sümük kövrəkliyinin nəticələri
- Ən pis və ən çox yayılmış sınıqlığın baş verməsi öz-özünə sınıqlıq və ya hətta çanaqda zəif zərbələr nəticəsində olur. Bu sınıqlıq hallarının 30%-dən çoxu xəstəliyə tutulmuş şəxsdə daimi acizlik ilə nəticələnir. Çanaq sınıqlığına düçar olmuş şəxslərin 12-20%-i sınıqlığın baş verməsindən bir il müddətində vəfat edir və diri qalanların 50%-dən yuxarısı ola bilər, müstəqil və başqalarının yardımı və mühafizəsi olmadan yaşaya bilməsin.
- Sümük kövrəkliyindən irəli gələn hər bir sınıqdan sonra ağrı, sümük və oynaqların formasının dəyişməsi, hərəkətdə acizlik, bədən quruluşunun dəyişməsi halları baş verir.
- Onurğa sümüyündə təzyiqin ardınca sınıqlıqdan irəli gələn nəticələr, o cümlədən boyun kiçilməsi, beldə qozun çıxması, arxa hissədə geniş və xətərli ağrı, təhlükəli acizlik və ölüm ehtimalının artmasıdır.

Profilaktika

Yaşayış tərzini islah etmək və düzgün adətlər seçməklə sümük kövrəkliyinə düçar olmanın qarşısını almaq olar.
• Qidalanma: Sağlam qidalanma, kalsium və D vitamini ilə zəngin orta qida rejimi profilaktika yollarından biridir. Gündəlik yemək minimum 1000-1500 mq kalsiuma malik olmalıdır. Süd, pendir, qatıq, göyərtilər, paxlalı bitkilər, dəniz qidaları, xüsusən balıq gündəlik qida rejiminə salınmalıdır. Ehtiyatlı olun ki, lazım olan kalsiumun təmini piy istehlakının artmasına səbəb olmasın. Bu barədə həkim və ya qidalanma mütəxəssisi ilə məsləhətləşməlisiniz. Günəşli havada yeriməklə bədənə lazım olan D vitaminini təmin edə bilərsiniz. Lazım olan kalsiumu əldə etmək üçün aşağıda göstərilən kalsiumla zəngin yeməklər siyahısından istifadə edə bilərsiniz:


Mövcud olan kalsiumun miqdarı(mq) Qida maddəsinin miqdarı Qida maddəsinin növü

Balıq növləri


• Münasib bədən fəaliyyəti: Müntəzəm idman əzələ qüdrətinin artmasına, müvazinətə, sümüklərin möhkəmliyi və qüdrətinin artmasına, yerə yıxılma və ondan irəli gələn sınıqlıq ehtimalının azalmasına səbəb olur. İdman fəaliyyəti elə tənzim olunmalıdır ki, sümüklərə böyük təzyiqin düşməsinə və sınıqlığın artması ehtimalına gətirib çıxarmasın. Bu fəaliyyətlər 60 yaşından aşağı qadınlarda sümük kövrəkliyinin profilaktikasında təsirlidir.
• Yerimək, yavaş qaçış, alpinizm, mülayim şiddətlə qəfil hərəkətlərin yerinə yetirilməsi, pillələri qalxma, bədənin çəkisinin ayaqlarla daşındığı və sümük və əzələ fəaliyyətlərinin cazibə qüvvəsi qarşısında həyata keçdiyi raketli idman növləri ən münasib idman növləridirlər və tövsiyə olunur ki, həftədə 3 dəfə və hər dəfə 30 dəqiqə müddətinə yerinə yetirilsin.


• Unutmayın:

• İdmandan qabaq bədən 10-15 dəqiqə müddətinə mülayim hərəkətlərlə qızışdırılmalıdır.
• Sağlamlıqda hər cür problemin mövcud olduğu halda həkimlə məşvərət edilsin.
• İdman müddəti tədricən artırılsın(10 dəqiqə ilə başlansın və hər həftə 5 dəqiqə artırılsın ki, 30 dəqiqəyə çatsın).
• Osteoporoza(sümük kövrəkliyi) düçar olmuş şəxslər yaxşı olar ki, kətil və ya sabit velosipedin köməyi ilə oturaq və aram qəfil idman hərəkətləri, üzgüçülük və suda qəfil hərəkətli məşqlər etsinlər.
 
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-11 22:29:48 | Kateqoriya: Səhiyyə | İzlənilib: 1203 | Bəyənib: 0