Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

“Walt Disney” in animasiyaları uşaqlarımızla nə edir?

Səhər TV, xəbərlər- Şeytani və qeyri-əxlaqi əlamətlər nə cür cizgi filmlərinin şəxsiyyətlərinin cazibədar simalarının arxasında gizləniblər? Bir animasiya filmi nə cür uşağımızı potensiyal surətdə bir narkomaddə istehlakçısına çevirə bilər? Nə üçün uşaqlarımız şeytani və qeyri-əxlaqi təzahürlərlə tanış olmaya-olmaya və bir animasiya filmində iştirak etmələrindən xəbərsiz ola-ola onların təsiri altına düşürlər?


Bizim bir çoxlarımızın uşaqlıq xatirələrimiz “Walt Disney” adlı bir Hollywood şirkətinin məhsulları olan “Miki Maus”, “Kral Lir”, “Qar adam və yeddi cırtdan”, “Sinderella”, “Yatmış gözəl”, “Əlaəddin” və sair ilə yanaşıdır.
Bu gün də bəlkə bəzi valideynlərin uşaqlarının başlarını qal etmək üçün həll yolundan biri, “Walt Disney”nin “Dilbər div” və “Kəmənd hörük”dən tutmuş “Şüca” və “Alis qəribəliklər diyarında”yadək cizgi filmlərindən ibarət CD-ləri oxutmağa qoymaq olmuş olsun.


Başqa sözlə, valideynlər animasiya filmlərini düzəldənlərə etimad edərək, öz uşaqlarının boş vaxtını, varlığı və ruhunu hətta bəzi hallarda öz rəngarəng və təxəyyülərlə dolu dünyası ilə yuxarı yaşlı şəxsləri də uşaqlardan daha çox özünə tərəf çəkən bu rəngarəng və təxəyyülərlə dolu dünyanın arxasında hansı fitnə-fəsadların gizləndiyindən xəbərsiz surətdə cizgi filmlərinin şəxsiyyətlərinə tapşırırlar!


Bu məlumatda qərara gəldik ki, “Walt Disney”nin animasiya filmlərindəki bəzi gizli qatlarla tanış olaq. Bu istiqamətdə bu məlumatda oxuyuruq; “Walt Disney” kimdir?, azğın firqələrin uşaqlara təlimindən tutmuş onların “Walt Disney”nin məhsullarında müxtəlif mallar və narkotik maddələrin potensiyal istehlakçıları kimi tərbiyə olunmalarınadək olan hallar, “Walt Disney” kompaniyasında homoseksualların festivallarının keçirilməsi, “Donmuş” animasiya filminin bəstəkarlarının dəhşət doğuran etirafları və İluminat firqəsinin sabiq müəllimi, “Walt Disney”də qalmaqallı anlar və bu barədə bir neçə kitabın təqdimi.


“Walt Disney” kimdir?
Valter İlyas Walt Disney 1901-ci il dekabrın 5-də bir yəhudi ailəsində anadan olub.
Disneyin ailəsi əsliyyətcə “Norton Disney” adlı bir kəndin sakini olub. Bu kənd İngiltərənin Likolnşar mənqəsindəki Linkoln şəhərinin cənubunda yerləşir.


Oskar mükafatının rekordçusu
O, Oskar mükafatının rekordçusudur. Belə ki, 1939-cu ildən 1969-cu illər ərzində Oskar mükafatına layiq görüldüyü 59 dəfədən 22 mükafatı özünə və şirkətinin məhsullarına aid edə bilibdir.
Siyasətçilər və dövlət ilə yaxın əlaqələr
O, o zamankı siyasətçilərlə yaxın və səmimi əlaqələrə malik idi və daim öz məhsullarında dövlətin, FBI-ın, CIA-in, NASA-in və sairin köməyinə gələrdi.


“Walt Disney”, Braziliya, 1941
Misal üçün, 1941-ci ildə Yaponiya ordusunun ABŞ-ın Havay arxipelaqında yerləşən “Perl Harber” limanına hücumundan sonra “Walt Disney”nin bir çox animasiya filmləri də müharibə əhval-ruhiyyəsi aldı.
Kanada və Amerika Birləşmiş Ştatlarının dövlətləri “Walt Disney” studiyasından istədilər ki, öz başlıca fəaliyyətini təbliğat və təlim filmlərinin düzəldilməsinə ayırsın.
1942-ci ilin başlanğıcından bəri bu şirkət 550 nəfərə şamil olan işçilərinin 90%-ni müharibə ilə bağlı filmlərin düzəldilməsinə təmərküzləşdirdi.


Hava qüdrəti ilə qələbə
Bu dövrdə “Hava qüdrəti ilə qələbə” və “Ölüm üçün qısa təlim” kimi fimlər çəkildi ki, onların hər ikisi müharibədə ümumi iştirakı təşviq etmək hədəfi ilə düzəldilmişdi.
“Ölüm üçün qısa təlim” animasiya filmi
Norman Ferqusenin rejissorluğu ilə çəkilmiş “Salam, qardaşlar” filmi “Walt Disney”nin həmin dövrdəki digər məhsullarından olub.


Spirtli içkiyə və uyuşdurucu dərmanlara aludəçilik
“Walt Disney” yuxusuzluq xəstəliyinə düçar olduğu üçün daim spirtli içkilər və yüksək dozalı morfinli dərmanlardan istifadə edərdi.
Onun adətlərindən biri, həddindən artıq qəhvəli siqaret istehlak etmək idi ki, yaxınlarının dediklərinə görə, onun sayı bəzən gündə 70 ədədə çatardı.
Deyilənlərə görə, o, bəzi vaxtlar başqalarının gözündən uzaq bir neçə gecə şirkətdə qalardı, belə ki, hətta bu gün “Walt Disney”nin ölümündən yarım əsrdən çox bir müddətin keçməsinə rəğmən, daim “Walt Disney” studiyasının hər yerində gizli tunellərin mövcud olması şayiəsi öz qüvvəsində qalır.
Amerikalı yazıçı- Fritz Sprinqmir “İluminat şəcərəsi” kitabında bu mətləbə işarə edərək, qeyd edir ki, “Walt Disney” cinsi pozğunluğa malik bir şəxsdir və hətta özünün bir çox gecə oyaqlıqlarında pornoqrafik filmlərə tamaşa etməklə məşğul olubdur.


“Walt Disney” və mason və şeytanpərəstlik inamları
“Walt Disney” 33 dərəcəli bir mason olub. 33 dərəcə masonluğun ən yüksək dərəcəsidir ki, bütün dünyada bu dərəcə ilə yalnız çox az sayda mason mövcuddur.
Disney mason siyasi şəxsiyyətlər arasında bir çox dosta malik idi ki, onlardan 33 dərəcəli digər mason- Ronald Reyqana işarə etmək olar.
“Walt Disney”nin mason və şeytanpərəstlik etiqadları o həddə idi ki, bu şirkətin bir çox məhsullarında da özünü göstərərdi ki, bu reportajda ona nəzər salınacaqdır.
O, həmçinin Amerikanın “Disney Land” mövzu parkının bir güşəsində “Klub 33” adlı bir bina tikdiribdir ki, hər kəsin bu məkana girmək icazəsi yoxdur.
Deyilənlərə görə, bu kluba üzv olmaq üçün iri məbləğ ödəməkdən əlavə, minimum 14 il gözləmə siyashısında qalmaq lazımdır. Bu klubun üzvlərinin adları hələ də bir sirrdir və bir çoxları bu klubun adının “Walt Disney”nin masonluq etiqadları və onun 33 dərəcəsindən qaynaqlandığını deyirlər.


“Walt Disney”nin “Klub 33”-ü
Bu şəxslərin əqidəsincə, mason və şeytanpərəst olan kəslər bu kluba üzv qəbul edirlər və bu klub da bəzi şeytanpərəstlik mərasimlərinin keçirilməsi üçün bir məkandır.
Bəziləri də 33 ədədinin bu klubun yerləşdiyi küçənin adından götürüldüyü qənaətindədirlər; Royal 33 küçəsi, bir başqaları da 3 ədədini “Walt Disney”nin xoşşanslığı hesab edirlər və bu qənaətdədirlər ki, o, xoşşanslıqdan ötrü daha çox onu iki dəfə təkrar edibdir.


“Walt Disney”nin loqosunda şeytan əlaməti(666) mövcuddur
Daim “Walt Disney” şirkəti ilə bağlı irəli sürülən hallardan biri, bu şirkətin əsərləri və hətta köməkçi məhsullarında cinsi və əxlaqı pozğunluq, həmçinin şeytani və iluminat əlamətlərin mövcud olmasıdır ki, onların bir çoxu isbat olunasıdır və bəziləri də o qədər aydın və sübut olunmuşdur ki, sübuta ehtiyacı yoxdur, lakin daim irəli sürülən, ancaq bu reportajda barəsində ehtiyatla söhbət edilməsinə səy göstərilmiş hallardan biri, şirkətin loqosunda üç dənə 6-nın olmasıdır. Bəziləri bu qənaətdədirlər ki, bu loqoda üç dənə 6 əlaməti(şeytanın nişanəsi) zirəkliklə yerləşdirilibdir və “Walt Disney” öz şeytanpərəstlik əqidələrinin hətta bu şirkətin loqosunda belə təzahür etməsinə çalışıbdır.
Bu məsələnin isbatı bəzi hallarda o qədər də çətin deyil, hərçənd bir çox hallar mövcuddur ki, əxlaqi məhdudiyyətlərinə görə, bu reportajda qeyd olunması münasib deyil.
Fritz Springmir özünün “İluminat şəcərənaməsi” kitabının bir hissəsində “Walt Disney” şirkətinin məhsullarını iluminat və qeyri-əxlaqi təfəkkürləri yayan amil hesab edir və bu qənaətdədir ki, hətta bu məsələ “Miki Maus”u sehir və cadu vəziyyətində göstərən bu şirkətin loqosunda təzahür edibdir.
“Walt Disney”nin qara cəhəti” və “Walt Disney-qaranlıq şahzadəsi” kitablarında da bu hallar göstərilib və təsdiq olunublar.
Sehr və cadu mövzulu saysız-hesabsız filmlərdən tutmuş cizgi filmlərində “seks” kəlməsinin həddindən artıq təkrarlanması və hətta uşaqların maraq göstərdikləri bəzi animasiya filmlərinin fonunda qadın və kişi cinsiyyət alətinin gizlədilməsinədək olan halların hansı mənası ola bilər?
Bu şirkət həmçinin ayağını yorğanından artıq uzadaraq, özünün köməkçi məhsullarında cinsi alətlər formasında şüşə konfetlərin düzəldilməsi və yayılmasından tutmuş təhrikedici oyuncaqlar, həmçinin uşaqların sevimlisi olan cizgi filmlərinin şəxsiyyətləri formasında qadın və kişi alt paltarının eskizlərinədək təhrikedici vasitələrdən istifadə edibdir.


Uşaqların narkomaddələrin potensiyal istehlakçılarına çevrilmələri
“Walt Disney”nin bir çox animasiya filmlərində cizgi filmi şəxsiyyətlərinin tütün məmulatlarından istifadə etmələrinin şahidiyik, hərçənd ötən illər ərzində bir çox amerikalı ailənin və ailə bünövrəsini himayə qruplarından bir çoxunun bu məsələyə kəskin etiazlarının ardınca bu şirkətin başçıları iddia edirdilər ki, uşaqların sevimlisi olan cizgi filmlərinin şəxsiyyətlərinin tütün məmulatlarından istifadə etmələri uşaqlara əks təsir göstərəcək və onlar tütün məmulatlarına nifrət edəcəklər, lakin psixoloqların əqidəsincə, bu məsələ bəlkə qısa müddət üçün uşaqda belə bir təsirə malik olmuş olsun, lakin bu, tamamilə müvəqqəti olacaq və onlar yuxarı yaşlarda bu maddələrin potensial istehlakçılarına çevriləcəklər.
Belə ki, “Pino Kio” cizgi filmində arzular diyarına gedərkən onu tənbəki çeynəmək və ya yarpaq siqaretini çəkən halda göstərir, belə ki, onun ağlı başından çıxır və rəngi göyərir.
“Alis qəribəliklər diyarında” adlı cizgi filmində qırxayağa bənzər bir şəxsiyyət daim sirli bir maddə çəkməkdədir.
Fritz Springmirin yazdığı “İluminat şəcərənaməsi” kitabı daxil olmaqla bir çox xarici mənbələrdə də bu qəbildən olan inkarolunmaz bir nümunə kimi “Qar adam və yeddi cırtdan” animasiya filminə işarə edilibdir. Springmirin və bu mənbələrin qənaətincə, “Qar adam” adı kokainin digər adlarından, yəni “qar”, “ağ qadın”, “çarli”, “köklənmiş”, “toz” və hətta “qar adam”dan alınıbdır və yeddi cırtdan da istehlak edən şəxs üçün yaranan yeddi halın təzahürüdür.
Əslində xoşhal, asqıraqlı, yuxulu, kobud, gic, utancaq və nəhayət “dak” bu sonuncu mərhələyə aiddir ki, şəxs bəzi hallarda həkimə müraciət etməyə məcburdur.
“Uz şəhərinin cadugəri”ndə də səhnələrdə xaşxaş gülü görünür və bir səhnədə görürük ki, Durti və onun dostları bu güllərin tozunu iyləyəndən sonra dərin yuxuya gedirlər.
“Dambo” animasiya filmində”(olduqca iri qulaqları olan fil balası) Dambo sirli bir maddədən içir və sonra xülyalar aləminə qapılır(ekstaz vəziyyətinə düşür) və real aləmdə heç zaman görmədikləri röyaları görür.
“Walt Disney”nin animasiya filmlərində, o cümlədən “Miki Maus”, “Piter Pen”, “Qüdrətli siçan”, “Alis qəribəliklər diyarında” və sairdə də ağ və sirli tozdan ardıcıl istifadə sual doğurur.
“Piter Pen” animasiya filmində bu sirli və möcüzə yaradan toz hər vaxt bir kəsin başına çökürsə, o şəxs sirli bir diyara düşür ki, orada qocalmadan uça bilər.
Ya “Mari Popinz” filmində Mari hər gecə uşaqlara sirli dərman yedizdirir və ondan sonra uşaqlar rəssamlıq dünyasına daxil olurlar və onlar üçün xarüqəladə əhvalatlar baş verir. Digər maraqlı cəhət budur ki, şəkərlə dolu qaşığı başa çəkəndən sonra bu dərmanı da uşaqlar üçün daha rahat edir.
“Alis qəribəliklər diyarında” da Alis sirli ağ göbələklər yemək yolu ilə bir maddə çəkən halda göy rəngli həşəratı görə bilir və bir səs deyir ki;”Ay camaat, ayılın!”


Belə görünür ki, pərdə arxasında bir əl elə bir nəsil yetişdirməkdədir ki, bu nəslin üzvləri gələcəkdə narkomaddələrin potensial istehlakçılarıdırlar.
“Walt Disney”nin homoseksualizmə təmayülü və ona dəstəyi; homoseksual işçilərə sanitariya xidmətlərinin təqdim olunmasından Disney Land-də homoseksualların illik şənliklərinin keçirilməsinədək
“Walt Disney”nin başçılarının etirafına görə, bu şirkət dünya səviyyəsində əyləncə sənəti sahəsində mövcud olan ən iri təşkilatdır ki, homoseksualların işə götürülmələri üzrə ən çox statistikaya malikdir.
“Walt Disney” şirkətinin sərəncamçı müdiri- Maykl Ayzner və bu şirkətin sədri- Maykl Avitzin hər ikisi dəfələrlə rəsmi surətdə homoseksual qrupları dəstəklədiyini bildirmiş hollivudlulardandır.
“Walt Disney” şirkətinin animasiya filmləri şöbəsinin müdir müavini- Tom Şumaxer o kəslərdəndir ki, daim öz cinsi şəriki ilə medialar və insanlar qarşısında görünür. O, müsahibələrindən birində “Walt Disney”nin homoseksualları himayəsi haqda belə deyib: “Walt Disney” şirkətində müxtəlif səviyyələrdə çoxlu sayda homoseksual mövcuddur. Bu şirkətdə mövcud olan atmosfer son dərəcə himayə mühitidir.
Bu şirkət öz iş keçmişində “Emminin təqibində” və “İtlərlə uzanmaq” kimi dəyərə zidd və homoseksual filmlərə malikdir.
Bu şirkət hər il bir günü “Walt Disney dünyasında homoseksuallar və öz cinsinə meyllilər günü” adı altında Kaliforniyanın “Walt Disney” mövzu parkında şənlk edir və öz cinsinə meylli qrup və təşkilatlara icazə verir ki, “Miki Maus” və “Donald Dak”ı, həmçinin “Mini Maus” və “Dizi Dak”ı homoseksual aşiqlər formasında göstərsinlər.
Bu şirkət həmçinin indiyədək homoseksullar və onların problemləri haqda müxtəlif adlar altında bir neçə seminar keçiribdir ki, bu seminarlardan biri bir neçə il bundan öncə “İş yerində cinsi təmayüllər” adı altında keçirilibdir.
Bu hallardan əlavə, “Walt Disney” şirkəti özünün homoseksual işçilərinin ixtiyarına sanitariya imkanları yaradır. Əlbəttə, əxlaq iddiasında olan bu şirkət öz qanunlarına əsasən, yalnız evlənmələrini rəsmən qeydə aldırmış homoseksual cütlüyə belə imkanları verir.
Maykl Ayzner medailar ilə müsahibələrindən birində bildirmişdi ki, onun nəzərincə, “Walt Disney”nin işçilərinin təqribən 40%-i 63 min homoseksuala şamil olur.


Şeytani əlamətlərin uşaqların hissiz aləminə təsiri tərzi
Bəlkə də bir çox valideyn üçün belə bir sual yaranmış olsun ki, uşaqları bu əlamətlərin mövcudluğunu bilmədən və ya onların barəsində məlumatı olmadan “Walt Disney”nin məhsullarında bu əlamətlərin mövcudluğunun hansı zərəri ola bilər.
Psixologiya elmində “Astanadan kənar mühərriklər” adı altında bir bəhs mövcuddur ki, bu suala cavab verə bilər.
Astanadan kənar mühərriklər agahcasına dərk üçün bir şəxsin mütləq astanasından aşağıda olan hər cür hissi mühərrikə deyilir. Astanadan aşağı idrak anlamı bu cəhətdən diqqətəlayiqdir ki, ona əsasən, insanların təfəkkürü, emosiyası və rəftarı agah olmasa da dərk olunan mühərrikdən təsir alır.
Bu mühərriklər görmə və eşitmə formalarında ola bilərlər ki, təbliğatda da bu məsələdən son dərəcə istifadə edilir.
Tədqiqatçı bir satıcı olan Ceyms Vikari 1957-ci ildə iddia etdi ki, altı həftəlik bir dövrdə Nyu-Cersinin For Li məntəqəsində yerləşən bir kinoteatrda 46 minə yaxın müştəri “Pikinq” filmi arasında iki təbliğat müraciəti göstərmişdi: “Acsınız? Pap Kərn yeyin” və “Koka-Kola için”. Onun sözlərinə görə, hər beş saniyədə bir dəfə saniyənin mində üçü qədər olan müddətdə bu müraciətlər nümayiş etdirilmişdi. Həmin müraciətlərin müddəti o qədər qısa olmuşdu ki, onlar əsla bir kəs tərəfindən agahcasına qəbul edilmirdi, lakin Vikari iddia etdi ki, bu altı həftəlik dövrdə müştərilərin müraciətlərdən məlumatsız olmalarına rəğmən, Pap Kərn-in satışı 57,8%, Koka-Kolanın satışı isə 18,1% artdı.
Amerikalı yazıçı- Vilson Brayan öz kitablarında, o cümlədən “Astanaaltı tovlama” və “Mediaların cinci bəhrələnmələri” adlı kitablarında belə qeyd edib: İstehlak edənləri yoldan çıxarmaq üçün bəzi vaxtlar astanaaltı cinsi təzahür və ya kəlmələrdən istifadə olunur. Onun qənaətincə, yerləşdirilmiş kəlmələr agahcasına qəbul edilməsələr də qeyri-agah surətdə dərk olunub və cinsi oyanmaya bais olubdur ki, alıcılar üçün məhsulu daha da cazibədar edir.
BMT də bir neçə on il bundan əvvəl bu sahədə araşdırma aparandan sonra bildirdi ki, “Astanaaltı təfəkkür təlqinlərindən irəli gələn mədəni anlamalar bütün dünyada insan haqları üçün başlıca təhdidlər sayılırlar.
İnternet pornoqrafiyası layihəsi ilə müxalifətdən bu şirkətin məhsullarından allahın adı və dini anlamların silinməsinədək
1998-ci ilin oktyabrında “Uşaqları online mühafizə” qanunu Amerika qanunlarına daxil oldu. Bu qanuna əsasən, hər bir kəs qəsdən və mətləblərin özəlliklərindən agah ola-ola internet vasitəsi ilə Amerikanın daxili və ya xaricində ticarət hədəfi ilə hər cür əlaqələr qurar və bu əlaqələr uşaqların əldə edə bilmələri həddində və bu mətləblər uşaqlar üçün zərərli olarlarsa, həmin kəslər əlli min Amerika dollarından aşağı məbləğdə cərimə və ya altı aydan aşağı bir müddətə həbs edilməli, yaxud da hər ikisinə məhkum olunmalıdırlar. Bu qanunun sonrakı bölmələri qanundan çıxmanın hər günü üçün 150 min dollaradək cəzaları təyin ediblər.
Bu arada bu qanunun söz azadlığı iddiasında olan bəzi qruplar və “Walt Disney” şirkəti tərəfindən qəbul olunması ciddi müxalifətlə üzləşdi.
Bu şirkətin əxlaq ilə mübarizələri buradaca qurtarmadı və bu şirkət öz məhsullarında allahın adı və dini anlamların istifadə olunmasını tam şəkildə qadağan etdi.
Hərçənd heç zaman rəsmi surətdə bu mətləblər etiraf olunmadı, lakin son vaxtlar Oskar mükafatı almış “Donmuş” animasiya filminin iki bəstəkarı- Robert Lopez və Kristian Anderson Lopez “National Public” radiosu ilə müsahibədə ifşa etdilər ki, “Walt Disney”nin məhsullarında allahın adının qeyd olunması və ümumiyyətlə dini və məzhəbi məzmunlardan istifadə qadağandır.
Kristian Anderson Lopez dedi: “Walt Disney”nin studiyası sizin dini məsələrlə bağlı məhdudiyyətə malik olduğunuz yeganə məkanlardan biridir; burda allahın adından istifadə də qadağandır. Əlbəttə, siz “Walt Disney”nin özündə allahın adını çəkə bilərsiniz, lakin ondan filmlərdə istifadə edə bilməzsiniz.
Ondan bir az qabaq da bəzi kilsələr, həmçinin mömin xristianlar Oskar mükafatı almış “Donmuş” adlı animasiya filmiinin nümayiş etdirilməsinə etiraz edərək, bu animasiya filmini homoseksualist təmayüllərin təbliğatçısı adlandırmışdılar.  
Mart ayında Kevin Suanson adlı bir keşiş bir etiraz bəyanatında “Donmuş” animasiya filmini son dərəcə şeytani bir film və “Walt Disney”ni təşkilatlanmış formada fəaliyyət göstərən Amerikada homoseksualların möhkəm tərəfdarı adlandırdı.


İluminatın sabiq müəlliminin Hollywood-a nüfuz tərzinə etirafı
57 yaşlı amerikalı yazıçı və FBI-ın sabiq məmuru- Osvali bir neçə il bundan qabağadək nəinki özü və ailəsi iluminat idi, həm də onun özü bu sahədə başqalarına təlim verirdi, yəni əslində bir iluminat müəllim idi.
O, bir neçə il bundan qabaq bir hadisə nəticəsində özü və ailəsini bu yalan etiqadlardan nicat verdi və bir müddət sonra “İluminat: Bu firqə necə insanları istiqamətləndirir?” adlı bir kitab yazaraq, nəşr etdirdi.
O, son vaxtlar “Center Eks News” saytı ilə ətraflı və bir neçə hissəli müsahibədə bu müddətdəki xatirələri və təcrübələrindən danışıb ki, onun bir hissəsi iluminatın Hollywood-a və bu kino sənətinin məhsullarına necə nüfuz etməsindən danışıbdır ki, aşağıda ondan xülasə bir hissəyə işarə edirik: 
Osvali: Hollywood-da pul ilk sözü deyir, əgər sizin pulunuz olsa, hər bir iş görə bilərsiniz. Belə deyildir ki, bir film formasında öz əqidələrini yaymaq istəyən bir iluminat bir quruluşçu rejissor və ya rejissorun yanına gedərək, desin ki, mən bir iluminatam və istəyirəm bir film çəkilsin və onun vasitəsi ilə mənim əqidələrim təbliğ olunsun. Yadda saxlayın ki, onlar axmaq deyillər, onlar müştərək bir investisiya həyata keçirirlər. Belə ki, maraq göstərdikləri və onların əqidələri çərçivəsində olan filmlər üzərində sərmayə yatırırlar. Onlar yavaşca aktyorlar, prodüserlər, rejissorlar və ssenariləri icarə edirlər, lakin heç vaxt öz şəxsi etiqadlarından aşkar şəkildə danışmır və ya nə üçün belə filmlərin düzəldilməsinə maraq göstərdiklərini demirlər. Bu, yavaş və son dərəcə zirək bir prosesdir.
Onlar yüzlərlə illərdir ki, səhnə arxasında işləyirlər və yaxşı bilirlər ki, insanlar yeni əqidələri olduqca yavaş qəbul edirlər. 
Son on ildə sehir və cadu barəsində çəkilmiş filmlərin sayı hər bir insanı fikrə daldırır ki, doğrudan da nə üçün belə bir mövzuda bu qədər film düzəldilsin.
“Saterdi Morninq” cizgi filmlərinə bir nəzər salın. Mənim özüm övadlarıma bu cizgi filmlərinə baxmaq icazəsi vermirəm.
Filmlər arasnda da iluminat məzmunlu filmlər çoxdur. Onlardan “Matrix”, “Mübarizə klubu” və “Dolanbac”a və sairə işarə etmək olar.


Hicaba israr etdiyinə görə, müsəlman qadının ixrac olunması
İmanə Budlal adlı müsəlman bir qadın 2010-cu ildə təkcə islami hicaba malik olmağa isarar etməsinə görə, Kaliforniayda “Walt Disney” mövzu parkından çıxarılır.
O, iki il bundan qabaq Kaliforniyadakı bir məhkəmədə bu şirkətə qarşı şikayət qaldırır.
Budlal bu məhkəmədə deyir: Hicabıma israr edərkən mənə deyildi ki, sən və sənin irqindən olanlar terrorçusunuz və bomba düzəltmək təlimi görürsünüz.
O, əlavə edir: İddia edirlər ki, “Disney Land” dünyanın ən şad məkanıdır, halbuki həmin məkanda asanlıqla mənim insani hüquqlarıma təcavüz olunubdur.
Uşaqları zorlamada ittiham olunan caninin “Toz” filminə rejissorluq üçün işə götürülməsi
“Walt Disney” şirkəti ötən əsrin 90-cı onilliyinin ortalarında “Toz” filmini çəkmək qərarına gəlir və bu məqsədlə Viktor Salvanı rejissor kimi işə götürür ki, o zaman bu, böyük qalmaqala səbəb oldu.
Viktor Salva uşaqları zorlama üstündə həbs olunaraq, üç il həbsə məhkum olunmuş bir kinematoqraf idi.
Salva “Təlxəkin evi” filmini düzəldərkən on iki yaşlı uşaq olan bu filmin aktyorlarından birini zorlayır və bu səhnələri lentə alır.
Viktor Salva tərəfindən “Toz” filminin düzəldilməsi xəbəri yayılan zaman hətta bir növ onun işininin həlli ilə məşğul olan polis qüvvələrindən bir neçəsi etiraz edərək, bildirdi ki, belə bir caninin bir daha rejissor kimi işləyə bildiyini gördüyünə görə, təəccüb edir.


“İsanın sonuncu həyəcanı” filminin düzəldilməsi
“Walt Disney” şirkəti “İsanın sonuncu həyəcanı” filminin çəkilişi üçün Martin Eskorsizi ilə dörd illik bir müqaviə bağlayır. Bu film nəhayət çəkilir, lakin onun ekran olunması xristian dini tərəfdarlarının kəskin etirazına səbəb olur. Onlar bu filmi Həzrəti İsa(ə)-a qarşı bir hörmətsizlik adlandırırlar.
Kokain kimi narkomaddə və spirtli içkilərdən istifadə barədə zarafatlarla bir tele-şounun yayılması
Amerikanın ABC telekanalının sahibi olan “Walt Disney” şirkəti 1966-cı ildə “Dana Karvi” adlı bir tele-şounu göstərməyə başladı ki, onda kokain kimi narkomaddə və spirtli içkilərə qurşanma ilə bağlı zarafatlar edilirdi.
Bu zarafatda həmçinin “Corc Vaşinqton” narkomaddə istehlak edən vəziyyətdə və Ben Franklin homoseksual kimi lentə alındı. Belə mətləblərin nümayiş etdirilməsi və açılıb göstərilməsi ailələrin və ailə ocağı tərəfdarı olan qrupların kəskin hiddətinə səbəb oldu.

 

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-11 09:34:37 | Kateqoriya: Səhiyyə | İzlənilib: 1072 | Bəyənib: 0